Ermənistan Azərbaycana qarşı apardığı “ideoloji diversiya” tərkib hissəsi kimi “etnik azlıqlar projesi”ni süni şəkildə gündəmə gətirməklə xalqlarası ədavətin qızıışdırılmasına çalışır Ermənistan Azərbaycana qarşı apardığı “ideoloji diversiya” tərkib hissəsi kimi “etnik azlıqlar projesi”ni süni şəkildə gündəmə gətirməklə xalqlarası ədavətin qızıışdırılmasına çalışır

“Qarğa qarıltısı” və ANADİL quşu

Ermənistan Azərbaycana qarşı apardığı “ideoloji diversiya” tərkib hissəsi kimi “etnik azlıqlar projesi”ni süni şəkildə gündəmə gətirməklə xalqlarası ədavətin qızıışdırılmasına çalışır

Dünyada tək canlı Ana Dil quşudur ki, gecənin qaranlığından havanın işıqlanması ərəfəsində on dəqiqə şərqi oxuyar. Bu şərqinin mənası isə budur: “Ey otlar, çiçəklər, böcəklər, daşlar, qayalar, dağlar, ağaclar, axar sular, heyvanlar və insanlar! Gözünüz aydın! Qaranlıqdan işığa həsrət Günəş oyanır. Gününüz aydın, dupduru, barlı-bəhərli olsun yaşayacağınız gün. Gücünüz qüvvətli, ruhunuz və duyğularınız parlaq olsun. Ey bəşər aləmi günəş qədər hərarətli olun! Sevgi və şəfqət həyatınızın ayrılmaz parçasına çevrilsin!” Qarğa isə, anadil quşundan fərqli olaraq, qarıldamaqla özünün xislətini sərgiləər: “Bu dünyada mən də varam. Məni hər kəs qəbul etməlidir. Mən bu dünyanın ən üstün varlığıyam. Mən ala da olsam, qara da olsam, hamı mənim səsimi sevməlidir. Çünki mən qarğayam” deyər.

Bəzən təbiətdəki bu uyum insan cəmiyyətində də təzahür edir. Vəhşi təbiətin xarakterindəki uyumsuzluq insan cəmiyyətində şizofreniya şəklində təzahür edər.

Ermənilər “etnik azlıqlar” süfrəsində

Rusiyada yaşayan bəzi erməni zənginləri son illər daha çox media biznesinə üz tutublar. “Media maqnat” statusunu qazanan kimi bu şəbəkəyə daxil olan qəzetlər, informasiya agentlikləri, jurnallar, televiziya və radio kanalları, internet resursları və sosial şəbəkələr Azərbaycan Respublikası və azərbaycanlılara qarşı təbliğata başlayırlar. Erməni mənşəli media holdinq sahiblərindən Artur Canibekyan, Aram Qabrelyanov, Tiqran Karapetyan, Ara Tatevosyan və Arkadi Vardanyanın nəzarətində “TNT”, “TV-3”, “Pyatnitsa”, “2x2”, “REN TV”, “STS” televiziya kanalları, “İzvestiya”, “Veçernıy Peterburq”, “Smena”, “Jizn”, “Nevskoe vremya”, “Krasnoyarskiy komsomolets”, “Simbirskie qubernskie vedomosti”, “Ulyanovskie komsomolets”, “Slovo molodeji”, “Rossiyskaya qazeta”, “Tribuna”, “Ças pik”, “Komsomolets” qəzetləri, “Regnum”, “Mediamaks”, “Bars” və bir çox informasiya agentlikləri və s. var.

Beləliklə də Rusiya üzərindən Azərbaycana qarşı erməni media maqnatlarının şəbəkəsinə daxil olan KİV-lər “ideoloji diversiya” xətti üzrə təbliğat aparılır. Son illərdə süni şəkildə qabardılan “ləzgi”, “tat”, “kürd”, “talış”, “rusdilli əhali” və digər mövzulara Azərbaycan Respublikası və xalqımız mümkün qədər dözüm nümayiş etdirir. Lakin “etnik azlıqlar” proyekti adı ilə bəzi sapı özümüzdən olan “baltalar” erməni süfrəsindəki “xəyanət” təamlarından xumarlanaraq Azərbaycana qarşı təbliğatlarını gücləndiriblər.

Ləzgilər adından “alver”

Moskvada dərc olunan “Komsomolskaya Pravda” qəzetinin on-layn yayımı kimi tanınan “Ekspress” qəzetinin yazarı Vitali Kim 6 aprel 2019-cu il tarixdə “Azərbaycanda ləzgilər inkar olunur” adlı məqaləsində qeyd edir ki, Azərbaycanda ləzgi xalqının varlığı və etnik kimliyi inkar olunur., assimliasiyaya məruz qalır və s.

Avropa Şurası Azərbaycanda etnik azlıqların hüquqlarının kobud şəkildə pozulmasına görə sərt şəkildə tənqidi münasibət göstərir. İddia edilir ki, Azərbaycan ərazisində ən qədim dövlət olan Qafqaz Albaniyasını ləzgilər qurub, türk mənşəli tayfalar Orta Asiyadan köçüb gələrək burada ləzgiləri assimilə ediblər.

Xatırladaq ki, Qusar rayonunda “Azərbaycan Dövlət Ləzgi Dram Teatrı” fəaliyyət göstərir. Bundan əlavə, ölkəmizdə “Samur Mədəniyyət Mərkəzi”, “Samur” qəzeti, “Alam” jurnalı, “Suvar” mahnı-rəqs ansamblı, “Marvar” Ədəbi Birliyi və ləzgi xalqına məxsus onlarca sayda digər ictimai qurumlar mövcuddur. Dövlət radiosunda gündəlik ləzgi dilində verilişlər yayımlanır. Azərbaycanda dövlət və hökumət strukturlarında ləzgi xalqının nümayəndələri ümumi əhali nisbətindəki payları ilə müqayisədə kifayət qədər geniş təmsil olunurlar. Ləzgi dilində Quranın tərcümə olunaraq çap edilməsi, bu xalqın dini inanclarına öz ana dilində əməl olunması, yığcam yaşadığı yerlərdə ana dilində təhsilin dövlət büdcəsi hesabına tədris olunması ölkəmizdə xalqlararası münasibətin ən böyük təntənəsidir. Pasport məsələsində Azərbaycan beynəlxalq təcrübəyə, inkişaf etmiş dövlətlərin qanunlarına əsaslandığında etnik kimlik anlayışı qeyd olunmur. Hər kəs Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşıdır, bəşəri dəyərlərə üstünlük verilir. Elə Rusiyanın qanunları da bu təcrübəyə əsaslanır.

Süni sayartımı taktikasının arxasında nələr durur

Ermənistan Azərbaycana qarşı apardığı “ideoloji diversiya” tərkib hissəsi kimi “etnik azlıqlar projesi”ni süni şəkildə gündəmə gətirməklə xalqlarası ədavətin qızıışdırılmasına çalışır. Beləliklə də Azərbaycanın daxilində regionlararası və xalqlararası müstəvidə qarşıdurmaların böhran həddinə çatdırılması üçün cəhdlər olunur. Ermənistanın son hədəflərindən biri də Azərbaycanda yaşayan etnik azlıqların saylarının bir neçə dəfə artırılması taktikasıdır.

Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisini tamamilə talışlardan ibarət olduğu qeyd edilir. Halbuki Astara, Lənkəran və Masallı rayonlarının əhalisi mənşəcə azərbaycanlı və talışlardan ibarətdir. Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarında əhalinin 99 faizi azərbaycanlılardan ibarətdir.
Ermənistan xüsusi xidmət orqanları bu rəqəmi şişirdərək talış xalqının sayının milyon(lar)a çatdırır. Axı, istər Çar Rusiyası dövründə, istərsə də sovet hakimiyyətinin ilk illərində aparılmış siyahıya almanın nəticələri hamı üçün əlçatan intenrnet mənbələrində var. O siyahıya almalardan sonra keçən müddət ərzində Azərbaycanda ümumi əhalinin nə qədər artdığı bəllidir. Burda kimsə necə yanlışlıq edə bilər, bu və ya digər icmanın sayını necə danmaq olar?

Ölkəmizdə qarşı etnik ədavəti qızşdırmaq siyasəti yürüdən bədxahlar çirkli barmaqlarından sorduqları rəqəmi əldə silah kimi tutaraq beynəlxalq birliyi belə aldatmağa çalışırlar.

Ermənistan xüsusi xidmət orqanları saxtakarlıq edərək Azərbaycanda 500 min nəfər ləzginin yaşadığını iddia edir. İrəvanın yalanlarına uyan bəzi çevrələr Azərbaycana qarşı bu faktı tirajlamaqla yanaşı, ərazi iddiası kimi həqiqətdən uzaq bu ideyanı gündəmə gətirməkdən çəkinmirlər.

Nizami Gəncəviyə qarşı atılan çamurlar

Avropa intibahının təməl prinsiplərindən biri də bəşəri mənada qitə mədəniyyətinin yüksək səviyyədə inkişafına bağlıdır. O da bəllidir ki, İntibaha doğru gedilən yolun təməlində duran şərtlərdən biri də, Şərq-Qərb fəlsəfi-estetik təfəkkürünün dualizmindən ibarətdir. Bu siyahıda ilk sırada dahi Azərbaycan şairi Nizami Gəncəvi durur. Çünki, bəşər tarixində Şərq-Qərb mədəniyyəti humanizminin və dualizminin fəlsəfi baxımdan ictimai inkişafına bağlı yazdığı məşhur “Xəmsəsi”ni kimsə inkar edə bilməz. Nizami Gəncəvinin etnik kimliyi ilə bağlı Avropa elmində 500 ildir yalnış olaraq “Persian poet” deyimi akademik status qazanmışdır. Bu sözün hərfi mənası “İran(Persia) şairi” deməkdir. 1930-cu illərdə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə beynəlxalq miqyasda tədbirlər keçirildi. Tarixdə ilk dəfə olaraq bu dahi sənətkarın azərbaycanlı olması beynəlxalq birliyə təqdim olundu. 1950-ci illərdə erməni alimlərinin saxtakarlıq əməllərinin davamı kimi, N. Gəncəvinin mənşəcə “saxur-ləzgi” olması ideyası ortaya atıldı. Hətta “Xosrov və Şirin” əsərində Şirin obrazının erməni olması iddia edilirdi. Bu gün yenidən Nizami Gəncəvinin milli kimliyinə qarşı “şübhə toxumları” səpilməkdədir. Çünki Ermənistan xüsusi xidmətinin fitnə-fəsadlarının sayı-hesabı yoxdur ( https://novostink.net/azerbaijan/259047-pochemu-persidskiy-poet-dolzhen-nazyvatsya-azerbaydzhanskim.html).

Gəncəvi imzasını kölgəyə salmaq təşəbbüsü

Ermənilər idda edirlər ki, Gəncə Qafqaz Albaniyasının mədəni mərkəzlərindən biri olub. Bu tarix həm də indiki mənada “Ləzgistan” deməkdir. Məhsəti Gəncəvi kimi dahi şairi isə, erməni adlandırmaqdan belə çəkinmirlər. Guya bu barədə erməni tarixçisi Mxitar Qoşun əlyazmaları var. Məhsəti Gəncəvi ilə bağlı indiyə kimi heç bir sübut-dəlil ortaya qoya bilməyiblər.

Sankt-Peterburqdakı Mikluxo Maklay adına Etnologiya və Antropologiya İnstitutunun elmi işçisi Viktor Şnirelmanın uydurmalarına da istinad edən ermənilər qeyd edirlər ki: “Gəncə öncə türkləşdirildi, indi də bu qədim mədəniyyət mərkəzi azərbaycanlılaşdırılır. Halbuki şəhərin tarixi təməlini ermənilər qoymuşlar”. Beləcə Cənubi Qafqazda öncə mədəniyyət mərkəzlərini “erməniləşdirmək” təşəbbüsü ilə çıxış edirlər. Bu yalan ifşa olunduqda isə, dərhal milli azlıqların adından təşəbbüs irəli sürürlər. Çox zaman bu mərkli planın girovuna çevrilənlər ermənilərə açıq şəkildə dəstək verməkdən belə yan keçmirlər.

“Heydər Əliyev Fondu”nun bəşəri uğuru

Avropa İntibahından üzü bu yana 500 ildir Nizami Gəncəvini “Persian poet” kimi qəbul edilməsinin qarşısını ilk dəfə olaraq, bu anlaşılmazlığın qarşısını görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətçiliyinin təməlini qoymuş, Prezident Heydər Əliyev aldı. Onun rəhbərliyi altında Rusiyanın paytaxtı Moskvada, Sankt-Peterburq şəhərində, Özbəkistanın paytaxtı Daşkənddə, Ukraynanın paytaxtı Kiyevdə Nizami Gəncəvinin abidələri qoyulmuş və “dahi Azərbaycan şairi Nizami Gəncəvi” sözü bu abidələrə həkk edilmişdir. İndi həmin estafeti uğurla davam etdirən “Heydər Əliyev Fondu” və fondun rəhbəri, I vitse-prezident Mehriban Əliyeva və ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Avropanın mədəniyyət paytaxtlarında, Roma (İtaliya), Paris (Fransa), London (İngiltərə), Varşava (Polşa), Buxarest (Rumıniya), Vyana (Avstriya), Berlin (Almaniya), Lüksemburq, Çeboksar (Çuvaşstan), Kişinev (Moldova), Mexiko (Meksika), Pekin (Çin) və başqa paytaxt şəhərlərdə ucaldılan və Nizami Gəncəvi abidələrini süsləyən bu sözlər hər bir azərbaycanlının qürur mənbəyinə çevrilibdir: “Dahi Azərbaycan şairi Nizami Gəncəvi”. Artıq Avropanın mədəniyyət paytaxtlarında Nizami Gəncəvi ilə yanaşı Azərbaycanın adı qoşa çəkilir. Azərbaycana və azərbaycanlılara avropalılar Nizaminin gözü baxırlar. Ermənilər bədxah əməllərindən əl çəkmək fikrində olmadıqlarını, çamur atmaqla ictimai fikri yayındırmaq üçün göstərdikləri çaba göstərirlər. Görkəmli fransız türkoloq alimi və tarixçisi Rene Qrussie haqlı olaraq yazır ki: “Nizami Gəncəvinin yaradıcılığının zirvəsi olan hər bir misrası türk şüuru və düşüncə sisteminin zirvəsidir. Çünki o, fars dilində yazsa da, poemalarının hər bir misrası frazeoloji baxımdan bunun əksini göstərir. Onun düşüncəsi və deyim forması türk dilinin qrammatik şərtləri, fikir və düşüncəsinin məhsuludur” (mənbə: Grousset, Rene (1970). The Empire of the Steppes: A History of Central Asia. Rutgers University Press, 161-164. ISBN 0813513049, 9780813513041).

Ə. Yusifoğlu