Bu, dövlətin vətəndaşlarına göstərdiyi humanizm siyasətinin ayrılmaz parçasıdır Bu, dövlətin vətəndaşlarına göstərdiyi humanizm siyasətinin ayrılmaz parçasıdır

Cocuq Mərcanlı modeli kimləri narahat edir?

Bu, dövlətin vətəndaşlarına göstərdiyi humanizm siyasətinin ayrılmaz parçasıdır

Son illərdə istər müxalif düşərgədə, istərsə də, xaricdə yaşayan soydaşlarımız arasında Qarabağ probleminin həlli istiqamətində bəzən qeyri sağlam müzakirələrə də rast gəlinir. Belə ki, dövlət səviyyəsində məcburi köçkünlər və qaçqınlar üçün tikilən evlər və sosial yardımların fərqli müstəvidə inkişaf etdirilməsi siyasət barədə fərqli ictimai rəy formalaşdırılmağa çalışılır. Məcburi köçkünlər və qaçqınlarla bağlı onların sosial ehtiyaclarına dövlət dəstəyinin verilməsi dövlətin vətəndaşlarına göstərdiyi humanizm siyasətinin ayrılmaz parçasıdır. Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların gerçək üzü isə, Azərbaycanın bir dövlət olaraq varlığının qorunması, işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində atılan addımların bütün çalarlarını görməzlikdən gəlmək ən azından siyasi naşılıqdan savayı heç nəyə yaramır.

C:\Users\User\Documents\xulase cari\cap\qqa--.jpg

Qarabağ probleminin həll olunmasını kimlər istəmir?

“Torpaqlarımız satılıb”, “ötən əsrlərdə olduğu kimi, beynəlxalq maraqlar Azərbaycana qarşıdır” və digər diletant fikirlər çox təəssüf ki, sosial şəbəkələrdə geniş müzakirə mövzusu olaraq qalır.

XIX və XX əsrlərdə Azərbaycanın tarixi torpaqları öz iradəsindən asılı olmayaraq, Çar Rusiyası və Sovet İttifaqı zamanı ermənilərin məskunlaşdırılması siyasəti aparılıb. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti zamanı erməni ekspansiya siyasətinə qarşı xalqımız birlik və bərabərlik içində milli mübarizə aparmışdır. Bu tarixdə müstəqil Azərbaycan dövləti olaraq, bir qarış da olsa ermənilərə tarixi torpaqlarımızdan güzəştə gedilməyib. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra da, nə Qarabağ məsələsində, nə də Ermənistanın iddialarında yer alan şərtlərə iqtidarlarımız boyun əyməmişlər. 1918-1920-ci illərdə erməniləri silahlandıran və bizlərə qarşı təhrik edən böyük güclərin tək məqsədi Azərbaycanı öz protektoratının tərkibinə qatmaq idi. 1991-ci ildə “Dağlıq Qarabağı Ermənistana ilhaq etmək” və ya “xalqların öz müqəddaratını təyin etmək” adı altında aparılan işğalçılıq sisyasətinin anlamı bu hədəflərə bağlı idi.

1993-cü ildə dövlət başçısı Heydər Əliyevin uzaqgörən siyasəti və dərin dövlət təcrübəsi sayəsində “Bişkek Protokolu”nu imzalaması ilə Cənubi Qafqazla və Azərbaycanla bağlı hədəflərin qarşısı alınmış oldu. İki yüzillik Qafqaz siyasətində ilk dəfə idi ki, Azərbaycan bir dövlət olaraq iradəsini ortaya qoya bildi. Beləliklə, Azərbaycanın varlığını addım-addım qəbul etməklə həm də beynəlxalq birlik dövlətimizlə bərabər statusda danışıqlar masasında oturmağa başladı.

Artıq ortada ermənilərin avantürasının tərkib hissəsi olan “beynəlxalq xristian həmrəyliyi” və “məzlum erməni xalqı” anlayışı da siyasi arenadan yoxa çıxdı. Bütün bunlar elə bir dönəmdə baş verdi ki, dövlət büdcəmiz faktiki olaraq, sıfır həddində idi. Bir milyondan çox məcburi qaçqınımız, işğal olunmuş torpaqlarımız dövlətimizin dərin problemlərindən biri idi. Digər yandan siyasi və iqtisadi hakimiyyətə iddialı quldur dəstələri Azərbaycanı XVIII əsrin xanlıqlar dövrünə doğru sürükləmək siyasətini yürüdürdülər.

C:\Users\User\Documents\xulase cari\cap\qqar=.jpg

Qarabağ probleminin həlli dövlətin prioritet siyasətidir

Bu gün istər ölkə daxilində, istərsə xaricdə yaşayan milyonlarla soydaşımız Qarabağ problemi məsələsində hər hansı bir güzəştin olmayacağına qəti əmindir. Bu əminlyin yaranması, dövlətmizin varlığına olan inam, torpaqlarımızın və ərazilərimizin bütyünlüyü çərçivəsində Azərbaycanın istiqbalı fəlsəfəsi hər bir soydaşımızın iradəsinə çevrilib.

Ərazilərimizin bütünlüyü və işğal olunmuş torpaqlarımızın qaytarılması məsələsi zaman alsa da, artıq geriyə dönüş də yoxdur.

Qarabağ ətrafında gedən danışıqlar və görüləcək işlərdən tamamilə xəbərsisz olan bəzi diletantların apardıqları təbliğatlar isə bunlardan ibarətdir: “Ermənilər işğal altında olan ərazilərimizə xaricdən erməni əhalisini köçürür. Onlar üçün qəsəbələr salırlar. Köçkün ermənilərə vətəndaşlıq verirlər. Başda Xankəndi olmaqla bir sıra abadlıq işləri görürlər. Ermənilər hiyləgərliklə və çox geniş maştabda işlər görürlər. Bakıda geniş və gözəl mənzillərdə yaşamaq hüququ əldə edən məcburi köçkünlər çətin Qarabağ həsrətini bir gün yada salsınlar”. Belə yazan diletantların əcaib düşüncələrinin həddi-hüdudu yoxdur. Onlar ermənilərin təbliğat maşınına uyaraq heç bir əsası olmayan iddilar da ortaya atırlar.

“Madrid prinsipləri”nin heç bir maddəsi ilə tanış olmayan bu diletantlar onu da bildirirlər ki: “Nikol Paşinyan demokrat cildində Azərbaycanı aldadır. Azərbaycan gələcəkdə təhlükəli olan sülhə hazırlanır”. Halbuki “Madrid prinsipi” Avropa Şurası və Avropa Birliyi tərəfindən müdafiə olunan və Azərbaycanın təklif etdiyi şərtlərə tam uyğun olan bir konsepsiyadır. “Madrid prinsipi” Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü şərtləri içində həllini müdafiə edir. Mühacirətdə yaşayaraq dövlətimiz üçün heç bir məsuliiyət hissi keçirməyən diletantların Qarabağ mövzusunda boşboğazlıq etmələrinin mənası da yoxdur.

C:\Users\User\Documents\xulase cari\cap\qqar-.jpg

Cocuq Mərcanlı modeli və Azərbaycanın hədəfləri

Ötən həftənin 6-cı günü Cəbrayılın Cocuq Mərcanlı kəndinə getdim. Başqaları kimi nə orada çoxsaylı fotolar çəkdim, nə də yerli hakimiyyətdən izn alıb “Lələ Təpə” zirvəsinə qalxdım. Sadə insanların kənddə necə yaşadıqları ilə maraqlandım. Hər bir kəndlinin fərdi evi və təsərrüfatı var. Kənddə orta məktəb, uşaq baxçası, oyun meydançası, rabitə evi, mədəniyyət evi, kitabxana və digər sosial obyektlər ən müasir standartlara uyğun şəkildədir. Şuşadakı “Gövhər Ağa Məscidi”nin bənzəri olan məscidinin yaraşığı Azərbaycanın heç bir kəndində yoxdur. Kənd əhalisi su, qaz və elektriklə tam təmin olunublar. Tərəvəz yetişdirmək üçün istixanalar yaradılıb. Hökumət əhalini qoyun və mal-qara ilə təmin edibdir. Kəndin ətrafındakı yüksəkliklər isə Azərbaycan Ordusunun rəşadətli əsgərləri tərəfindən tam nəzarət altındadır.

Digər məcburi köçkünlərimizin də Cocuq Mərcanlıya getməsinə əlavə zəmin olmalıdır. Fikrimizcə, kənddə vaxtilə güzəran baxımından əlverişli olan baramaçılıq və xalçaçılıq sahələrinin inkişafına diqqət yetirilsə böyük uğurlar qazanmaq olar. Kəndin ətrafındakı boş sahələrdə tut ağacı bağlarının salınması baramaçılıq sahəsinə təkan verə bilər. Bu, həm də yerli ipəkçilik sektorunun inkişafı deməkdir.


C:\Users\User\Documents\xulase cari\cap\qqar.jpg

Cocuq Mərcanlının girişindəki postda xidmət edənlər istər hərbçi, istərsə də polis olsun adi yoxlama prosedurunu bitirəndən sonra, insanlara səmimi münasibətləri ilə yadda qalan xatirədir. “QARABAĞA XOŞ GƏLDİNİZ!!!” ifadəsi onların hər birinin gözlərindən yağır. Burada toprağın ətri insanın ciyərlərinə və ruhuna qədər təsir edir. Çiçəklər açmış və hər tərəf yaşıllığa bürünüb. İllər boyu əkilməyən tarlalar, suvarılmayan torpaqlar, içilməyən sular insanı özünə cəlb edir. Burada civildəşən quşların səsinə heç yerdə rast gəlinməz. Sanki torpaq da, axar sular da, civildəşən quşlar da öz əbədi sankinlərinin həsrətindədirlər.

Öz doğma əkinçisini, maldarını, xalça toxuyanını, miisgərini, bomboz təpələrin döşündə bir zamanlar at minib çapanların həsrətindədir bu topaqlar. Kəndin məscidinin yanındakı daşın üstündə oturub arxayıncasına dərsdən evə gələn məktəbliləri seyr edirəm. Qarşı tərəfdəki meydançayada top qovan uşaqların hay-küyünə baxıram. Parkdakı çayxanada çay içən kənd ağsaqqalarını süzürəm. Həyət-bacada toyuq-cücəsinə yem verən qarıları izləyirəm. Qadınların arxayın-arxayın dirrikdə çalışdıqlarını görürəm. Budur Vətən deyirəm.

Azərbaycan hakimiyyəti Cocuq Mərcanlı modelini ortaya qoymaqla həm də buraya gələn bütün qonaqlara, xüsusilə xarici diplomatlara və jurnalistlərə Qarabağa dönüşün iradəsini nümayiş etdirib. Keşkə sapı özümüzdən olan diletantlar bu gözəl mənzərəni görəydilər keçir ürəyimdən. Virtual rəhrəmanlar gerçəyi görmək istəyirlərsə, onları “XOŞ GƏLMİSİNİZ QARABAĞA!!!” qarşılayanlar olacaq. Qürbətdə “anyalara”, “sonyalara” ətək-ətək xərclədiyiniz paraların əvəzinə, virtual aləmdə boşboğazlıq etməyin əvəzinə gəlin bu torpaqlara baxın. O zaman dərk edəcəksiniz ki, Vətənə dönüş nə deməkdir.

Ənvər Yusifoğlu
Bakı-Cəbrayıl-Cocuq Mərcanlı