Ağır Cinayətlərə Dair Məhkəmənin və Ali Məhkəmənin hökm və qərarlarında Azərbaycan Respublikasına qarşı xəyanət maddəsi ilə cəza almış onlarla AİP-çinin (Azərbaycan İslam Partiyası) cinayət əməlləri sübuta yetirilib Ağır Cinayətlərə Dair Məhkəmənin və Ali Məhkəmənin hökm və qərarlarında Azərbaycan Respublikasına qarşı xəyanət maddəsi ilə cəza almış onlarla AİP-çinin (Azərbaycan İslam Partiyası) cinayət əməlləri sübuta yetirilib

Milli Şura niyə Molla Şurası oldu?

Ağır Cinayətlərə Dair Məhkəmənin və Ali Məhkəmənin hökm və qərarlarında Azərbaycan Respublikasına qarşı xəyanət maddəsi ilə cəza almış onlarla AİP-çinin (Azərbaycan İslam Partiyası) cinayət əməlləri sübuta yetirilib

Yarandığı gündən özünü “Azərbaycan demokratik qüvvələrinin Milli Şurası” adlandıran bun qurum əslində xarici ölkələrin bir proyekti olduğu göz önündədir. 1991-ci ildə yarandığı gündən indiyə kimi Azərbaycanın daxili işlərinə xarici dövlətlərin təsirinin tribunasına çevrilmiş AİP (Azərbaycan İslam Partiyası) və onun fəaliyyəti haqqında Azərbaycan Respublikası Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti və digər müvafiq inzibati orqanlarının arxivində tonlarla istintaq materialları vardır. Hətta Ağır Cinayətlərə Dair Məhkəmənin və Ali Məhkəmənin hökm və qərarlarında Azərbaycan Respublikasına qarşı xəyanət maddəsi ilə cəza almış onlarla AİP-çinin cinayət əməlləri sübuta yetirilib.Azərbaycanın demokratik dövlət quruluşunun dəyişdirilərək “şəriət dövləti” qurmaq üçün təbliğatlar aparan və ya silahlı dəstələr yaradanların bu gün haqlı olaraq cəza almasının fərqinə varmaq istəməyən, məhz istəməyən Milli Şuranın daim onları müdafiə etməsi isə, bu qurumun “MİLLİ XƏYANƏT” yolunu tutması gerçəkdən olduqca gülüncdür.

İrəvandakı gizli hədəflərin astar üzünə çevrilən Milli Şura

İranın bəzi dairələri “İslam İnqilabının ixracı” üzrə 40 ildir qonşu dövlətləri hədəfə alıblar. Başlıca məqsəd din pərdəsi altında beynəlxalq terrorizm yolunu tutmaqla, öz hədəflərinə nail olmaqdır. Livan, Fələstin, Oman, Sudan, Suriya, İraq, Bəhreyn, Küveyt, Pakistan, Əfqanıstan və digər dövlətlərdə baş verən hadisələrin arxa bağçasında bu amillər dayanır. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan etdiyi gündən Tehran rejimi Yaxın Şərq ölkələrində apardığı siyasəti ölkəmizə tətbiq etmək üçün zamanla müxtəlif qurumlar yaradıb. AİP rəhbərlərinin Qarabağ müharibəsi zamanı bütün cəbhə zolağı boyunca xüsusi təlimatlarla əldə etdiyi informasiyaları İran vasitəsilə Ermənistana necə ötürülməsi barəsində Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair Məhkəməsində aparılmış məhkəmə prosesində cildlərlə bu faktları isbat edən sənədlər ortaya çıxmışdı. Başda AİP sədri Əlikram Əliyev olmaqla bir sıra vətəndaşlarımız “VƏTƏNƏ XƏYANƏT” maddəsi ilə həbs edilmişdilər. Elə bu gün də həmin məqsədlərə xidmət edənlər vardır. Dini ideologiya pərdəsi altında gizlənmiş bu xainlər indi fərqli ampulada çıxış edirlər. “Demokratiya”, “insan haqları”, “fikir azadlığı” və sair epitetlərin pərdəsi altında cəmiyyətin inkişafına deyil, xurafatın dərinləşməsi siyasəti yürüdürlər. “Eurovizion” beynəlxalq musiqi yarışması, “Formual 1” yarışları və digər beynəlxalq miqyaslı tədbirlər keçirilən ərəfədə daim bu siyasi güc bu tədbirlərə “kölgə” salmaq çabalarını nümayiş etdirir. Tehran rejimi ilə yanaşı, bu proses daha çox Ermənistann tərəfindən dəstəklənir. İrəvana məxsus xüsusi xidmət orqanları bu məqsədlə xüsusi fond da yaradıblar.

Milli Şura nədən vətən xainlərini müdafiə edir?

Son bir neçə gündə adını “Demokratik Qüvvələrin Milli Şurası” qoymuş, əslində “siyasi ticarət” hədəfləri ilə çıxış edən bu qurum və onun rəhbərliyi Gürcüstanın paytaxtı Tiflis üzərindən Ermənistanın xüsusi xidmət orqanlarının layihəsi əsasında həbsdə olan islamçıların müdafiəsinə qalxır. İddia edilir ki, guya həbsdə olan Babək Həsənov, Əhsən Nuruzadə və digər fəallara təzyiqlər olunur , onların hüquqları tapdalanır. Milli Şura utanmadan hətta bu barədə beynəlxalq insan haqları təşkilatlarına müraciətlər də göndərib. Beləliklə, Milli Şura beynəlxalq insan haqları təşkilatlarını aldatmaq taktikasına üz tutub. Halbuki həmin vətəndaşların hər hansı bir hüquqlarının pozulması faktı ortada yoxdur. Milli Şuranın hədyanlarından biri də həbs olunan islamçıların cinayət əməllərini ört-basdır etməkdir. Son illərdə Yaxın Şərq ölkələrində dini fanatizm və mövhumat ideyalarını yayan, bu məqsədlə həmin ölkələrdə vətəndaş müharibəsində yaxından iştirak edənlərin terror və cinayətlərdən savayı əlindən heç nə gəlməyən cəmiyyətlərin acınacaqlı taleyini görən Azərbaycan hakimiyyəti daim vaxtında bunların qarşısını alıbdır. Ölkəmizdə sabitlik dedikdə məhz bu faktorlar nəzərdə tutulur. Ermənistanın strateji hədəfi Azərbaycanda

1. Etnik separatizmləri körükləmək,

2. Dini fanatizm, mövhumatçılıq və terrorizmə yol açan cərəyanların yanında durmaqdır.

Bu məqsədlə də Milli Şuraya dolayı yolla dəstək verilir. Hətta Milli Şuranın bəyanatları beynəlxalq təşkilatlardan öncə erməni KİV-lərində kütləvi şəkildə tirajlanır.
Azərbaycan hakimiyyəti haqqında “antihumanist” görünüşünü yaratmaq üçün Millin Şuranın verdiyi bəyanatlar beləcə qabarıq şəkildə reklam olunur.

7 iyun sərgüzəşti

2019-cu il 7 iyun tarixində Almaniyanın Düsseldorf şəhəri, Grafenberger küçəsində Avropada yaşayan azərbaycanlı siyasi mühacirlərin təşəbbüsü ilə “Azərbaycanda qanunsuz həbslərə və ingəncələrə son” adlı mitinq-yürüş keçirilməsi planlaşdırılıbdır.

Apardığımız araşdırmalara görə, bu aksiyanın təşəbbüskarı “Azərbaycan Naminə Demokratiya” (AND) təşkilatıdır. Bu təşkilatın qurucusu Arif Məmmədovun sədrlikdən istefa verməsinin ardından AXCP sədri Əli Kərimlinin muzdlu kadrları dərhal hərəkətə keçiblər. Başda “Azadlıq” qəzetinin keçmiş baş redaktoru olmuş Qənimət Zahidov olmaqla AND, Milli Şuranın hədəflərini Avropada nümayiş etdirməyi qərar alıb.

Belə ki, Ermənistanın xüsusi xidmət orqanları Azərbaycan hökumətinə təzyiqlərini bu dəfə müxalifətin vasitəsilə həyata keçirməyi planlaşdırır. Bu məqsədlə külli miqdarda vəsait də ayrılıb. “Demokratiya” qılafına bürünmüş Ermənistan hakimiyyəti bu dəfə Azərbaycana qarşı yeni cəbhə açaraq milli satqınmlarımızın əli ilə hədəflərini ortaya qoymağa başlayıbdır. Milli Şura isə, həbsdə olan islamçıları “siyasi məhbus” adı ilə təqdim edərək siyasi dəllallığın yeni növünü kəşf edibdir.

Vətən xainlərinin qondarma “TMMH” (Talış-Muğan Mühacir Hökuməti) təşkilatı da AND-nin irəli sürdüyü aksiyalarda iştirak edir. Çünki,“TMMH”-in AND-dəki nümayəndələrinin arxasında Əlikrəm Hümbətov dayanır. Milli Şura və ya AND üçün bunun heç bir önəmi yoxdur. Təki bu qurumun rəhbərliyi gizli qrant layihələri əsasında ciblərini doldursun. Çünki beynəlxalq insan haqları təşkilatlarının yanında Milli Şuranın lobbiçiliyini edən güclər mövcuddur. Milli Şura və AND bu məqsədlə 7 iyun provakasiyasını gündəmə gətirir.

Demokratik dövlət sistemini dəyişdirərək “xilafət”, “şəriət dövləti” və digər adlar altında ölkəmizdə daxili vətəndaş müharibəsi siyasətini yürüdənlərin bu gün cinayət əməllərinə görə həbs olunması siyasi sifariş deyil. Dövlətin dayaqlarını qorumaq deməkdir. Milli Şuranın bütün bunlara qarşı çıxması onun əsil simasını sübut edir. Halbuki beynəlxalq insan haqları təşkilatları Milli Şuranın fəaliyyətinə diqqətlə baxsa, bu qurumun əslində “MOLLA ŞURASI”nın olduğunun fərqinə vara bilər. Məsələnin kökü də budur.

Ə. Yusifoğlu