Əldə olunan məlumata görə, 2022-ci ilin üç ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə daha çox kağız gətirilib Əldə olunan məlumata görə, 2022-ci ilin üç ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə daha çox kağız gətirilib

Azərbaycanda kağız qıtlığı yoxdur - ARAŞDIRMA

Əldə olunan məlumata görə, 2022-ci ilin üç ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə daha çox kağız gətirilib

Son günlər sosial şəbəkələrdə və bəzi KİV-də ölkədə kağız, xüsusilə dəftərxana kağızlarının qıtlığı ilə bağlı informasiyalar yayılmaqdadır.

Aznews.az xəbər verir ki, 2022-ci ilin üç ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə daha çox kağız gətirilib.

Belə ki, ötən illə müqayisədə 16.5 ton qəzet kağızı, 3.6 min ton mətbəə və 943.2 ton dəftərxana kağızı (A4) artıq idxal olunub.

2022-ci ilin 3 ayı ərzində idxal edilən kağızın əsas hissəsi Rusiyadan gətirilib.

İlin əvvəlindən Rusiyadan idxal olunan kağızın qiymətində artım qeydə alınıb.

Bundan əlavə, Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən də mətbəə və dəftərxana (A4 formatı) kağızlarının istehsalında çətinliklər yaranacağı gözlənilir. Tətbiq edilən sanksiyalar kağız istehsalı üçün tələb edilən kimyəvi maddələrin təchizatında dayanmaya səbəb olub. Bu problemin müəyyən müddətdən sonra həll olunacağı da gözlənilir.

İdxalçı qurumlardan aldığımız məlumata əsasən, bu səbəbdən yerli idxalçı şirkətlər müqavilə öhdəliklərini yerinə yetirmək üçün başqa ölkələrdə alternativ mənbələrlə əlaqələr yaradırlar. Alternativ mənbələrdən idxal olunan məhsulun qiyməti isə Rusiyadan idxal olunan kağızın qiyməti ilə müqayisədə yüksəkdir.

İdxal edilən bütün kateqoriyalardan olan kağızların qiymətində artım qeydə alınsa da, ölkədə kağız və kağız məhsulları qıtlığı yoxdur.

Aldığımız məlumata görə “Azərbaycan nəşriyyatı” MMC-nin nəşriyyatda çap edilən qəzetlərin çapı üçün cari ilin sonunadək kağız ehtiyatı var./APA