Sual olunur: Ala göl nə zamandan "Ermənistanın suveren ərazisi" olub? Sual olunur: Ala göl nə zamandan "Ermənistanın suveren ərazisi" olub?

Nikol trolluq edir! - QISA ŞƏRH

Sual olunur: Ala göl nə zamandan "Ermənistanın suveren ərazisi" olub?

Dünən Ermənistanın baş naziri və Müdafiə nazirliyi bəyan etdi ki, Azərbaycan ordusu Ermənistanın suveren ərazilərindəki (!) mövqelərindən Ermənistan ordusunun postlarını atəşə tutub, üç hərbi qulluqçuları həyatını itirib.

Azərbaycan Müdafiə nazirliyi bu açıqlamaları yalanladı və bildirdi ki, ordumuz ancaq cavab atəşi açıb.

Bizim Müdafiə nazirliyinin açıqlamasında o da qeyd olunurdu ki, atəşə tutulan mövqelərimiz Kəlbəcər rayonunun Alagöllər səmtində yerləşir.

Əgər xatırlayırsınızsa, MN 13 sentyabr döyüşlərindən sonra ordumuzun nəzarətinə keçən yerlərdə mühəndis-istehkam işlərinin aparıldığı yerlərdən biri kimi Ala göl istiqamətindən kadrlar yaymışdı.
Əgər Azərbaycan xəritəsinə diqqətlə baxsanız, Kəlbəcər rayonu ilə Basarkeçər rayonu arasında yarımadavari bir şəkildə Ermənistanın içinə keçən ərazimizi görəcəksiniz. Alagöllər məhz həmin yarımadavari parçadır və heç zaman Ermənistana məxsus olmayıb, mübahisəsiz Azərbaycan torpağıdır. Ancaq işğal dövründə Ermənistan sərhədlırini özbaşına irəli çəkmiş, həmin "yarımada"nı öz ərazisi saymağa başlamışdı. İndi Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa edib və öz torpaqlarımızda post qurub.

Sual olunur: Ala göl nə zamandan "Ermənistanın suveren ərazisi" olub?

Ermənistan işğalçı zehniyyətdən qurtula bilmir. bu məlum. ancaq məsələnin başqa bir tərəfi də var.
13 sentyabr döyüşlərində o qədər şəhid verdik, yaralanan onlarla hərbiçimiz oldu.44 günlük savaşa bənzər eskalasiya yaşandı. Nəticədə Azərbaycan ordusu Ala göllər səmti kimi düşmənin nəzarətində qalmış ərazilərimizjn bir hissəsini də tənzimlədi. Haqq savaşı apardıq!

Ancaq ermənilər az qala bir tərəfdə qaldı, Sevinc Mirzəyevalar, Altay Göyüşovlar, Milli Şuranın idbar ünsürləri Azərbaycanı Ermənistanın "ərazi bütövlüyünə təcavüzdə" suçladı. O zaman sırf hərbi səbəblərdən MN ordumuzun harada əməliyyat apardığını açıqlaya bilmirdi. Amma indi məlumdur. Bu günlərdə Caliber Böyük İşıqlı dağında ələ keçirilən düşmən postlarını da görüntülədi. Ermənistanın deyil, Azərbaycanın ərazilərində düşməndən azad olunmuşdu. Görəsən, Alagöl, Qaragöl kimi dağlar gözəllərini görəndə Azərbaycan ictimai rəyinə çirkab axıdanlar heçmi xəcalət çəkmədi? Xəcaləti bilmirəm, amma bank kartlarından yəqin ki, para çəkdilər. Erməni diasporundan muzdlarını aldılar...

Taleh ŞAHSUVARLI