Nazirliyin şöbə müdiri məsələyə aydınlıq gətirdi Nazirliyin şöbə müdiri məsələyə aydınlıq gətirdi

Şəhid polislərin varisləri niyə birdəfəlik ödəniş almır? - Yalnız Daxili Qoşunlarda xidmət edənlərə şamil edilir

Nazirliyin şöbə müdiri məsələyə aydınlıq gətirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid polislərin vərəsələrinin birdəfəlik ödənişi almaması ilə bağlı məsələyə münasibət bildirib.

Bunu nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Himalay Məmişov bildirib.

Onun sözlərinə görə, bu məsələ qanunvericiliyə uyğun olaraq tənzimlənir:

“Qanunvericiliyə uyğun olaraq, həqiqi hərbi xidmətdə (toplanışda olan şəxslər) hərbi qulluqçu hesab olunur və fərmanla yalnız hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur”.

“Polislərdən yalnız DİN-in Daxili Qoşunlarında xidmət edənlər hərbi qulluqçu hesab edilir. Onların adları da siyahıya daxil edilib”, - deyə Himalay Məmişov qeyd edib. (oxu.az)

© AzNews.az