"Son illərdə problemli kreditlərin həcmində artımlar müşahidə edilir" "Son illərdə problemli kreditlərin həcmində artımlar müşahidə edilir"

Problemli kreditlər müşkülü çözüldü: on minlərlə vətəndaşa ŞAD XƏBƏR

"Son illərdə problemli kreditlərin həcmində artımlar müşahidə edilir"

2012-ci ildən bəri ABŞ dolları ilə götürülən, məbləği 10 min dollaradək olan kreditlərin devalvasiyada artan hissəsini dövlət ödəyəcək. Birinci devalvasiyaya (21 fevral) qədər götürülmüş kreditlərin (10 000 dollara qədər) hər dollarına əlavə 25 qəpik, ikinci devalvasiyaya qədər (22 dekabr) götürülmüş 10 000 dollara qədər kreditlərin hər dollarına 60 qəpik ödənəcək. Məhkəmələrdə vətəndaşlara qarşı olan və vaxtı keçmiş kredit borclarına görə açılmış işlər geri çağırılacaq, icra sənədləri üzrə icraata xitam veriləcək.

Son illərdə problemli kreditlərin həcmində artımlar müşahidə edilir. Hal-hazırda Mərkəzi Bankın statistikasına əsasən, problemli kreditlərin həcmi 1 milyard 620 milyon manatdır və bu, kredit portfelinin təxminən 14 faizini təşkil edir. Təəssüf ki, problemli kreditlərin həcminin çox olması ilə yanaşı, eyni zamanda kredit portfelindəki payının çoxalması da müşahidə olunur. Nəzərə alaq ki, beynəlxalq praktikada adətən problemli kreditlərin kredit portfelindəki payı təqribən 5 faizə yaxın olur. Hətta inkişaf etmiş ölkələrdə bu, 3 faizə yaxındır.

Azərbaycanda isə bu göstərici ikirəqəmlidir. Bu baxımdan 2015-ci ildən problemli kreditlərin həcmində müşahidə edilən artımlar, eləcə də kredit portfelinin kiçilməsi nəticə etibarı ilə problemli kreditlərin kredit portfelində payının artmasına gətirib çıxarıb. Mərkəzi Bankın rəsmi statistikasına istinad etsək, hazırda banklardan kredit götürən vətəndaşlarımızın sayı 2,5 milyon nəfərdir. Bu, o deməkdir ki, orta hesabla hər ailədə kredit götürmüş vətəndaş var. Problemli kreditlərin həcminin də çox olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, əslində problemli kreditlər xeyli sayda insanı əhatə edir. Bununla yanaşı, təəssüf ki, biz son illər problemli kreditlərin həcmində artımları müşahidə etməkdəyik.


Devalvasiya problemli kreditin həcminin artmasına təsir göstərən amillərdən biridir. Amma yeganə amil deyil. 2014-ci ildən əvvəlki illərdə bankların kredit faizlərinin yüksək olduğunu dəfələrlə vurğulayırdıq. Hətta devalvasiya olmasa belə, yüksək kredit faizləri problem idi, yəni 2014-cü ildən əvvəl bankların kredit faizləri bəzi hallarda 40-45 faizə qədər yüksəlirdi. İllik 45 faiz, hər 10 min manata və ya dollara görə 5 min manat və ya dollar illik faiz deməkdir. Kifayət qədər böyük rəqəmdir. Nəticədə bu, bank sektorunda köpüklər yaratmışdı. Devalvasiya həmin köpüklərin daha tez partlamasına imkan verdi.

Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilirdi. Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Vətəndaş üçün də, təbii ki, hər 9 mindən 6 min güzəşt ciddi bir rəqəmdir.

Rroblemli kreditlərlə bağlı kreditorların hüquqlarının qorunması sahəsində addımların atılması çox vacib idi. Əslində güzəşt mexanizmi də kreditorların hüquqlarının qorunması baxımından çox əhəmiyyətlidir. Nəzərə alsaq ki, güzəşt mexanizmi nəticə etibarı ilə imkan verəcək ki, problemli krediti olub, onu geri qaytara bilməyən vətəndaşlarımız güzəştdən istifadə etsin.

Problemin həllindən ən çox qazanan tərəf bank sektorudur. Çünki problemli kreditlər nə qədər qalırsa, nəticə etibarı ilə banklara təsir göstərir. Biz bankların depozit və kredit portfellərinə baxsaq, təbii ki, azalmalar var. Banklar artıq depozit cəlb etməkdə maraqlı görünmür. Çünki həmin depoziti yerləşdirmək çətinlikləri var. Bankın iki əsas funksiyası var. Depozit cəlb etmək və kredit yerləşdirmək. Əgər bank depozit cəlb etməkdə maraqlı deyilsə, baxın, 2017- ci ildən bəri xarici valyutadan manata olan depozit faizlərində azalmalar var.

Əgər vətəndaş bir il öncə öz manatını depozit formasında kommersiya bankında 15 faizlə yerləşdirə bilirdisə, indi bu rəqəm ən yaxşı halda 9-10 faizdir və azalmaqda davam edir. Aparıcı banklarda 6-7 faizədək azalıb. Bank artıq depoziti cəlb etməkdə maraqlı deyil. Çünki onu yerləşdirməklə bağlı risk var. Nəticə etibarı ilə kredit portfeli 11,7 milyard manata qədər azalıb. İlin əvvəlindən depozit portfeli 7.3 milyard manata qədər azalıb. Bir il öncə bu, 7,7 milyard manat idi. Bu baxımdan, təbii ki, bankların sağlamlaşdırılması üçün problemli kreditlərin və toksik aktivlərin həll edilməsi çox vacibdir. Eyni zamanda, birmənalı şəkildə bankın müflis elan edilməsi problemin həlli deyil. Bankların sağlamlaşdırılmasına ehtiyac var ki, bank sektoru inkişaf etsin.


Problemli kreditlərə çarə və ya inqilabi sərəncam

Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Sərəncama görə, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:

1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.


Dünyanın hər ölkəsində belə problem var

Dünyanın bütün ölkələrində problemli kreditlər var, buna görə də hər bir bankda problemli kreditlərlə iş departamenti olur. Bankların iş prinsipi də bəzən problemli kreditlərə yol açır.

Tutaq ki, şəxs krediti alıb, istehsala yönəldib. Amma onun biznesi müəyyən səbəblərdən alınmayıb. Ya gözlənilməz hadisə olub, ya devalvasiya, ya böyük inflyasiya olub. Problemli kredit belə yaranır. Bir də bankların özləri problemli kreditlərə şərait yaratmış olurlar. Məsələn, vətəndaş təcili kredit götürmək üçün banka müraciət edir. Banklar da müqaviləni xırda hərflərlə tərtib edirlər və kredit götürən də oxumadan imzalayır. Sən demə, reklam olunan faiz dərəcəsindən iki dəfə artıq pul tutublar. Yaxud vətəndaş 3 illik kredit götürsə də, 6 ay sonra qaytarmaq imkanı olur. Bank isə deyir ki, krediti 3 il müddətinə az-az qaytarmalısan. Çünki kredit üçün faizləri bu cür hesablamışıq. Bankların kreditləri nə qədər uzun müddətə ödənilirsə, daha çox faiz gətirir. Krediti ödəmək istəyən əksini tələb etdikdə isə müqaviləni göstərirlər. Çünki müqaviləni oxumadan imzalayıb.

Vətəndaş krediti qaytarmayanda problem məhkəməyə gedir. Bu isə uzun bir prosesdir. Banklara isə müştəridən pulu nağd şəkildə necə var elə almaq daha çox sərf edir, nəinki girovun məhkəmə vasitəsilə satılıb, borcun qaytarılması prosesinə getmək.


Sadə və konkret

Sərəncamın çox sadə, konkret və qısa açması var.

2012-ci ildən bəri ABŞ dolları ilə götürülən, məbləği 10 min dollaradək olan kreditlərin devalvasiyada artan hissəsini dövlət ödəyəcək. Birinci devalvasiyaya (21 fevral) qədər götürülmüş kreditlərin (10 000 dollara qədər) hər dollarına əlavə 25 qəpik, ikinci devalvasiyaya qədər (22 dekabr) götürülmüş 10 000 dollara qədər kreditlərin hər dollarına 60 qəpik ödənəcək. Məhkəmələrdə vətəndaşlara qarşı olan və vaxtı keçmiş kredit borclarına görə açılmış işlər geri çağrılacaq, icra sənədləri üzrə icraata xitam veriləcək.

Fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.
Bir fiziki şəxsə 5000 dollardan çox (8500 manatdan) vəsait geri ödənilməyəcək və MBNP banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək və MBNP banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək.
Eyni zamanda bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onlara 215 milyon dollar dəyərində xarici valyutada illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların veriləcək.

Bu isə on minlərlə vətəndaşımız üçün şad xəbərdir. Azərbaycanın dövlət başçısı köklü sosial islahatlar, vətəndaşların sosial rifah səviyyəsinin artırılaraq maddi durumunun yaxşılaşdırılmasına yönəlmiş səbatlı, genişmiqyaslı proqram çərçivəsində gerçəkdən də, inqilabi sərəncam imzalayıb.

Bu, dövlətin vətəndaşının qayğısına qalmasının bariz nümunəsidir.

Çox yaxın vaxtlarda sayı daha da artacaq nümunələrdən biri.

Elçin Alıoğlu

AzNews.az