Azərbaycanda ən populyar mobil telefon markaları - SİYAHI

Trend-in “Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə, “Samsung" smartfonları bu ilin oktyabr ayında mobil cihazlar üzrə 24,55 faiz bazar payı ilə Azərbaycanda ilk pillədə qərarlaşıb.

Cari ilin sentyabr ayına olan göstərici ilə müqayisədə “Samsung" markasının Azərbaycanda bazar payı 1,92 faiz bəndi, 2024-cü ilin oktyabr ayına nisbətən isə 9 faiz bəndi azalıb.

Hesabat dövründə Azərbaycanda ən çox bazar payına malik smartfon brendlərinin siyahısında "Apple” ikinci yerdə olub. Belə ki, bu markalı smartfonların Azərbaycanda bazar payı əvvəlki ayla müqayisədə 1,17 faiz bəndi, ötən ilin oktyabr ayına nisbətən isə 4,83 faiz bəndi artaraq, 21,2 faiz təşkil edib.

Siyahıda növbəti pillədə “Unknown” qərarlaşıb. Belə ki, bu brendin Azərbaycanda smartfonlar üzrə bazar payı bir ay əvvələ nisbətən 2,78 faiz bəndi, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 15,48 faiz bəndi artaraq, 25,71 faizə bərabər olub.

Siyahıda 4-cü pillədə 17,87 faiz bazar payı ilə “Xiaomi” smartfonları mövqelənib. Bu göstərici isə, bir ay əvvəllə müqayisədə 1,57 faiz bəndi çox, ötən ilin eyni dövrünə nisbətən isə 10,04 faiz bəndi azdır.

Bu ilin oktyabr ayı üzrə digər smartfonların Azərbaycanda əhatə dairəsinə görə reytinqi aşağıdakı kimi müəyyənləşib:

“Honor” – 4,34 faiz (sentyabr ayına nisbətən 0,42 faiz bəndi çox, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,85 faiz bəndi az);

“Huawei” – 1,44 faiz (sentyabr ayına nisbətən 0,08 faiz bəndi, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,53 faiz bəndi az);

“Oppo” – 0,9 faiz (sentyabr ayına nisbətən 0,01 faiz bəndi, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,04 faiz bəndi az);

“Realme” – 0,69 faiz (sentyabr ayına nisbətən 0,01 faiz bəndi çox, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,01 faiz bəndi az);

“Infinix” – 0,93 faiz (sentyabr ayına nisbətən 0,03 faiz bəndi az, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,12 faiz bəndi çox);

“Tecno” – 1,03 faiz (sentyabr ayına nisbətən 0,16 faiz bəndi az, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,01 faiz bəndi çox);

“Motorola” – 0,21 faiz (sentyabr ayına nisbətən 0,01 faiz bəndi, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,02 faiz bəndi az);

“LG” – 0,01 faiz (sentyabr ayına nisbətən eyni, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,08 faiz bəndi az);

“Google” – 0,78 faiz (sentyabr ayına nisbətən 0,35 faiz bəndi az, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,52 faiz bəndi çox);

“Lenovo” – 0,06 faiz (sentyabr ayına nisbətən 0,02 faiz bəndi, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,07 faiz bəndi az);

“Sony” – 0,01 faiz (sentyabr ayına nisbətən 0,03 faiz bəndi az, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə eyni)

Hesabat dövründə Azərbaycanın smartfon bazarında 0,27 faiz digər markaların payına düşüb.

Aznews.az