Gənclər üçün Təhsil Mərkəzi 3 ölkədə beynəlxalq layihəni icra edir

Layihə 2020-ci ilin iyun ayınadək davam edəcək

Gənclər üçün Təhsil Mərkəzi Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyi tərəfindən “3 ölkədə gənc sahibkarlar klubunun yaradılması” layihəsinin icrasına başlayıb.

Layihə çərçivəsində Azərbaycanın, Gürcüstanın və Moldovanın paytaxtlarında gənc sahibkarlar klublarının yaradılması, Azərbaycanda və Gürcüstanda 2 beynəlxalq təlim kursunun, gənclər mübadiləsinin və 1 beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

Artıq ötən həftədən Gürcüstanda ilk beynəlxalq tədbir öz işinə başlayıb. Azərbaycan, Türkiyə, Böyük Britaniya, İspaniya, Moldova və Gürcüstandan olan 30-dan çox gəncin iştirak etdiyi beynəlxalq təlim kursunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gənc sahibkarlar üçün xüsusi alətlərin və imkanların yaradılması, innovativ ideyaların uğurlu biznesə çevrilməsi, startup layihələrin hazırlanması və s. istiqamətdə bilik və bacarıqlar öyrədilib.

Növbəti beynəlxalq tədbir cari ilin oktyabr ayının 10-dan 20-dək Bakı şəhərində keçiriləcək.

Qeyd edək ki, layihənin tərəfdaşları Böyük Britaniyanın NEFELİ Beynəlxalq Təhsil Şəbəkəsi, İspaniyanın PRÓXIMA Təhsil və Mədəniyyət Assosasiyası, Türkiyənin Uludağ Universiteti, Gürcüstanın KinoYeast Gənclər Assosasiyası və Kişinyov şəhər Təhsil, Gənclər və İdman Baş İdarəsidir.

Layihə 2020-ci ilin iyun ayınadək davam edəcək.

AzNews.az

image description image description image description image description image description