Nazir: "Əhalinin gəlirləri inflyasiyanı üstələyib"

Ölkənin strateji valyuta ehtiyatları 52 mlrd ABŞ dollarına çatıb

Azərbaycanda 2019-cu ildə iqtisadi artım tempi 2,2%, qeyri-neft sektorunda artım tempi isə 2 dəfəyə qədər artaraq 3,5% olub.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları 52 mlrd ABŞ dollarına çatıb. Bu da ÜDM-in həcminin 90%-dən çox deməkdir:

"Qeyri-neft ixracı 14% artaraq 2 mlrd dollara çatıb. İnflyasiya 2,6% olub, əhalinin pul gəlirləri isə inflyasiyanı 2,8 dəfə üstələyib".