2019-cu ildə də ölkə üzrə əmək müqavilələrinin sayında qeydə alınan 153 min artımdan 99 mini qeyri-dövlət bölməsinin payına düşüb 2019-cu ildə də ölkə üzrə əmək müqavilələrinin sayında qeydə alınan 153 min artımdan 99 mini qeyri-dövlət bölməsinin payına düşüb

Son iki ayda özəl sektorda 19,1 min əmək müqaviləsi bağlanıb

2019-cu ildə də ölkə üzrə əmək müqavilələrinin sayında qeydə alınan 153 min artımdan 99 mini qeyri-dövlət bölməsinin payına düşüb

Qeyri-formal məşğulluğun qarşısının alınmasına və əmək münasibətlərinin leqallaşdırılmasına yönələn kompleks stimullaşdırıcı tədbirlərin müsbət nəticəsi kimi özəl sektorda bağlanan əmək müqavilələrinin sayında artım dinamikası davam edir.

AzNews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron sisteminin məlumatlarına əsasən, 2020-cu ilin yanvar-fevral aylarında özəl sektor üzrə 19,1 min əmək müqaviləsi bağlanıb.

Beləliklə, cari ilin əvvəli ilə müqayisədə həmin sektor üzrə əmək müqavilələrinin sayı 3 faiz artaraq 641,5 mindən 01 mart tarixinə 660,6 minə çatıb.

İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı hüquqi təminat yaradır.