"Koronovirusa qarşı mübarizəyə dəstək hər birimizin ilk növbədə insanlıq borcumuzdur" "Koronovirusa qarşı mübarizəyə dəstək hər birimizin ilk növbədə insanlıq borcumuzdur"

Səhər Niftullayev: ”Dostlarımı ölkəmizdə koronavirusa qarşı mübarizəyə çağırıram"

"Koronovirusa qarşı mübarizəyə dəstək hər birimizin ilk növbədə insanlıq borcumuzdur"

"Mən də bu kampaniyaya qoşuldum. Dövlət başçısının 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz maliyyə köməkliyimi göstərdim. Rusiyadakı iş adamı olan dostlarımı, həmyerlilərimi də ölkəmizdə koronovirusa (COVİD-19) qarşı mübarizəyə dəstək kompaniyasına qoşulmağa cağırıram".

Bunu "LAMİNA STAR" şirkətinin təsisçisi iş adamı Səhər Niftullayev bildirib.

O vurğulayıb ki, bu gün bütün dünya Çindən təşəkkül tapan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmuş, bəşəriyyət ücün ciddi təhlükə olan koronavirusa qarşı mübarizə aparır.
Azərbaycanda pandemiyanın qarşısını almaq ücün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə vaxtında atılan addımlar. aparılan geniş miqyaslı profilaktik işlər Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən də çox yuksək dəyərləndirilir. Hər birimiz əminik ki, ölkəmiz bu çətin sınaqdan minimum itkilərlə, alnıaçıq çıxacaq. Səhər Niftullayev qeyd edib ki, dövlət başçısının 2020-ci il 19 mart tarixli Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və bu Fonda qurumlar, iş adamları, vətəndaşlar tərəfindən mütəmadi ödəmələr həyata keçirilir ki, bu da milli həmrəyliyimizin bariz nümunəsidir. Dövlət başçımız daim sahibkarlara hərtərəfli dəstək göstərib, bunun nəticəsidir ki, ölkədə özəl sektorun inkişafına xidmət edən uğurlu dövlət siyasəti aparılır. Pandemiyaya qarşı mübarizə kimi ümummilli məsələnin həllində də dövlətimizin apardığı siyasətə dəstək olmaq bizim ilk növbədə mənəvi vəzifə borcumuzdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Mən bunu demişəm, bir daha demək istəyirəm. Biz böyük xalqıq, ən ağır dövrdə birləşə bilirik. Biz birlikdə güclüyük!" şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq.