Görüşdə Şahin Mustafayev iştirak edəcək Görüşdə Şahin Mustafayev iştirak edəcək

Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri görüşəcək

Görüşdə Şahin Mustafayev iştirak edəcək

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistanın hökumət rəsmilərinin Cənubi Qafqazda nəqliyyat dəhlizinin yaradılması ilə bağlı görüşü keçiriləcək.

Görüşdə Azərbaycan tərəfdən Baş Nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən Aleksey Overçuk, Ermənistan tərəfdən isə Mqer Qriqoryan iştirak edəcək. Tərəflər Azərbaycanın əsas ərazisi ilə Naxçıvan MR-nı birləşdirəcək, eləcə də Rusiya ilə Ermənistanı birləşdirəcək dəmir yolu xətlərinin inşasını müzakirə edəcək. (Report)

AzNews.az