Deputat proqnoz verdi Deputat proqnoz verdi

Azərbaycanda ətin və meyvə-tərəvəzin qiyməti ucuzlaşacaq

Deputat proqnoz verdi

İşğaldan azad olunmuş ərazilərimizin bərpası, eləcə də iqtisadi inkişafı daxili bazarda yerli məhsulların bolluğuna səbəb olacaq.

AzNews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetdir: “Həmin ərzailərimiz həm əkinçilik, həm də heyvandarlığın inkişafı baxımından üstünlüyə malikdir. Xüsusilə nəzərə alsaq ki, Ağdam və Füzulinin torpaq fondunun 90 faizindən çoxu məhsuldar torpaqlardır, həmin ərazilərimizdə əkinçiliyin inkişaf etməsinə və yalnız strateji məhsulların deyil, eyni zamanda istehlak bazarında tələbin yüksək olduğu məhsulların da istehsalının artmasına gətirib çıxaracaq.

Yəni bu rayonlar pambıqçılıq, taxılçılıq, üzümçülük kimi strateji məhsulların istehsalında ixtisaslaşsalar da, eyni zamanda həmin ərazilərdə həm də meyvə və tərəvəz istehsalının artacağı gözlənilir. Nəticə etibarı ilə bu, ölkədə kənd təsərrfüatı məhsullarının ümumi istehsalının artımına səbəb olacaq. Əvvəla, bu bir tərəfdən idxaldan asılılığı azaldacaq, ikincisi, qiymətləri optimallaşdıracaq. Hətta gözlənilir ki, tam bərpadan sonra bir sıra kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşmaların olacağı istisna deyil, çünki məhsul bolluğu, meyvə və tərəvəz istehsalının artması qiymətlərin azalmasına təsir göstərəcək.

Digər tərəfdən heyvandarlıq məhsullarının, ət istehsalının artacağı da gözlənilir. Bu da idxalın daxili istehsalla əvəzlənməsinə şərait yaradacaq. Nəzərə alsaq ki, Cəbrayıl, Laçın, Zəngilan, Qubadlı və Kəlbəcərdə ət məhsullarının istehsalı potensialı kifayət qədər yüksəkdir, bu da təbii ki, daxili bazara yerli ət məhsullarının çıxarılmasına zəmin yaradacaq və birbaşa qiymətlərin optimallaşdırılmasına səbəb olacaq”.