Niyə peyvənd tapılsa da, dərman kəşf edilmir? Niyə peyvənd tapılsa da, dərman kəşf edilmir?

COVID-19-un dərmanı niyə hələ də yoxdur – Kimlər bunda maraqlı deyil?

Niyə peyvənd tapılsa da, dərman kəşf edilmir?

Nəhəng farmakoloji şirkətlər və elmi institutlar 1 ilin içində koronavirusa qarşı 18 peyvənd tapsa da, nədənsə hələ də yeni Covid 19 infeksiyasına qarşı təsirli, antiviral dərman yoxdur, tapılmır, kəşf edilmir.

Nəyə görə ÜST peyvənd qədər bu məsələdə maraqlı deyil?

Aznews.az xəbər verir ki, Böyük Britaniya hökuməti ölkənin nüfuzlu alimlərindən ibarət işçi qrupu toplayaraq, bu ilin payızına kimi koronavirusa qarşı dərman hazırlanması məqsədini qoyub.

Hazırda orta ağır və ağır xəstələrə təyin edilən Remdesivir və Favirapvir kimi antiviral dərmanlar virusu öldürmür, sadəcə immun sistemə dəstəkləyici təsir göstərir.
Baxmayaraq ki, bu preparatlar ölüm faizini azaldıb, lakin onlar ev şəraitində virusa qalib gəlmək üçün deyil, çox ağır dərmanlardır və evdə müalicə olunub sağalmağa təsir etmir.

Britaniya payızda yeni dalğanın olacağı və yeni güclü mutasiyaların yayıldığını nəzərə alaraq, koronavirus əleyhinə sıfırdan antivirus preparat hazırlamaq pıanı qurub.

The Guardian nəşri hesab edir ki, tədqiqatlar monoclonal antitellər – bədəndə infeksiyaya qarşı yaranmış züllar üzərində aparılır və bu antitellərin əsasında yaradılacaq. Belə dərman baha başa gəlir, həmçinin onun yeni mutasiyalara qarşı zəif olacağından ehtiyat edirlər.

Britaniyalı biotexnoloq alim Coş Şimmer pandemiya başlayandan dərmana qarşı biganəliyə sərt münasibət göstərmişdi. O, ÜST və Avropanı dərman tapılmasında maraqlı olmamaqda ittiham etmişdi.

“Bu 1 il ərzində bazarda cəmi 1-2 virus əleyhinə dərman göründü. Elm hələ də virusologiyada zəifdir, virusun immune sustemə təsirini pis bilir, ona görə də dərman tapa da bilmir. Necə olur ki, bir tərəfdən insan Coviddən ölür, digər tərəfdən yüz minlərlə insan virusu simptomsuz keçirir? Deməli, virusun dərmanı var. Onu axtarmaqda elm acizdir və ya elmə dəstək verənlər bu işdə maraqsızdır”.

Həkimlər hələ də bilmir ki, sağaltdıqları insan konkret virus dərmanından, müalicədən sağaldı, yoxsa insan elə öz-özünə immuniteti sayəsində virusa qalib gəldi? Çünki dərmansız sağalanlar milyonlarladır. Ona görə dərmanların necə təsir etdiyini belə bilmirik.

Vaksindən fərqli olaraq, dərmanların konkret təsirini aylarla yoxlamaq kliniki tədqiqatlar bir qədər çətindir. Antiviral dərmanı xəstəliyin müəyyən müddətində, ilk günlərdə təyin etmək lazımdır. Vaxt ötürüldüsə, o lazımsız olacaq. Ona görə də farmakoloji şirkətlər Koronaivirusa qarşı dərmanın hazırlanmasında ciddi mənada israrlı və maraqlı deyillər.