"Prezidentin çörəyini yeyib ona namərdlik edirsiniz. Allah cəzanızı verəcək!" "Prezidentin çörəyini yeyib ona namərdlik edirsiniz. Allah cəzanızı verəcək!"

Rəsul Quliyevin və Şeyxin qohumları bağ davasına çıxdı - Başqa kimlərin adı var?

"Prezidentin çörəyini yeyib ona namərdlik edirsiniz. Allah cəzanızı verəcək!"

“Barəsində cinayət işi açılmış və hazırda Amerikada yaşayan Rəsul Quliyevin qoçuları, başda ona yaxınlığı ilə seçilən Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif İbrahimov (Ağasif Şakiroğlu) olmaqla bizi bağımıza getməyə qoymurlar. Zaqulba şossesi 1,2,3,9 nömrəli ünvanda olan 8 evdən 4-də bizim ailə üzvlərimiz qeydiyyatdadır. Yerdə qalan 4 ev də bələdiyyə sənədləri ilə bizə məxsusdur. Bu Ağasif adlı 33 yaşlı gənc oğlan bizim evimizdə olan və hazırda bizim ailə üzvlərimizə məxsus qaz, su və işıqdan qeyri-qanuni istifadə edir. O, saxta sənədlər təqdim edərək polisləri də aldadır. Guya əlində məhkəmə qərarı var...”

Bu barədə redaksiyamıza ünvanladıqları müraciətdə keçmiş deputat Hacı Qalib Salahzadənin yaxın qohumları Camalov Əminağa Əliağa oğlu, Camalov Həmidağa Əliağa oğlu və Əliyeva (Camalova) Lətifə Əliağa qızı qeyd ediblər.

R.Quliyev ilə Q.Salahzadə arasındakı mülkiyyət mübahisəsinə aydınlıq gətirən Camalovlar bildirirlər ki, 2010-cu ildə sabiq spikerin qohumları Q.Salahzadə ilə görüşüb və ondan halallıq istəyiblər.

“Rəsul Quliyevin qardaşı oğlu Rza Sabir oğlu Quliyev 2010 cu ildə əmisi Telman Quliyev və buzovnalı Hacı Nasir ilə birlikdə bacımız oğlu Hacı Qalibin yanına gəldilər və ondan halallıq istədilər ki, sənə qarşı düzgün hərəkət etməmişik. Saxta çıxarışlar üçün 70 min xərcimiz çıxıb, verirsən ver, vermirsən vermə. Hacı Nasir dedi ki, bunları aldadıblar. Qoy gözləri qalmasın ver bunlara 70 min manatı. Hacı Qalib Hacı Nasirə deyib ki, mənə pulu 450 min dolları 1 bağdan ötrü yəni 60 sotdan ötrü keçmiş Bakı meri vəzifəsini müvəqqəti icra edən Ədalət Əzizov vermişdi. Ədalət Əzizov Rəsul Quliyevin yalançı olduğunu və qaçdığını görən kimi gəlib verdiyi 450 min ABŞ dollarını apardı və ondan sonra mer olan Rəfail Allahverdiyev 60 sot torpağı Rusiya Səfirliyinə daimi istifadəyə verdi. Ədalət Əzizov 450 min dolları verən zaman bacım oğlunun evinə gəlmişdilər. “Baksovet”də işləyən və hazırda sağ olan bacım oğlunun bir dostu ilə nankor Rəsul Quliyevdən məhkəmə vasitəsi ilə (Hakim Anar Qasımov) qərar alıb ki, bizə qarşı heç bir iddiaları yoxdur. Eyni zamanda Rza Quliyevin qardaşı Xəyal Quliyev də bacımız oğlunun onlarda olan Rusiya Səfirliyinə məxsus mülklərin qapıların açarlarını gətirib Hacı Qalibə verdilər. Bildirdilər ki, bunu onlara Rəsul Quliyev deyib. Bütün bunlardan sonra bacımız oğlu Quliyevlərin xahişlərini nəzərə alaraq, onların saxta sənədlərə görə çəkdikləri xərclərə görə düşdükləri zərəri qarşılamaq üçün hissə-hissə olmaqla - 20,30 və 30 min – ümumilikdə 70 min manat pulu onlara ödəyib.
İndi vətən Rəsul Quliyev yeni bir oyuna başlayıb. Bu oyunda onu Bakıda olan bəzi vəzifə sahibi müdafiə edirlər: “Həmin adamlar özləri ortalıqda görünmürlər ki, hər şey aydınlaşar”.

Sabiq deputatın qohumları bildirirlər ki, partiya sədri olan Ağasif Şakiroğlu Hacı Qalibin yanında olub: “Rəsul Quliyev Bakını tərk edəndə Ağasifin 6-7 yaşı vardı. O yaşda uşağa Rəsul Quliyev bağ bağışlayıb? Məgər Quliyevin qohum-əqrəbası yoxdur ki, bağı onlara deyil, başqa bir adama bağışlayır? Əslində bu oyunları təşkil edən şəxs məsul vəzifədə işləyir. Həmin adam öz müavinin yanında bacım oğlundan xahiş etdi ki, onda olan, Rəsul Quliyevin bacısı rəhmətlik Ceyran xanım Bayram qızı Quliyevə aid 6-cı çıxarışın orijinal nüsxəsini ona verək. Həmin orijinal nüsxənin 2015- ci ildə olan “Dublikatı” hazırda bizdə var. Nədənsə həmişə 5 ədəd çıxarışdan söhbət edirlər.

Çıxarışlar 6 ədəd olub. Rəsul Quliyev niyə 6-cı çıxarışın adını çəkmir? Bakıda vəzifədə olan məlum adamlara deyilib ki, əgər bu söhbətlər yenidən başlasa, 6-cı çıxarışın orijinal dublikatı ortaya çıxarılacaq. Bu məsələ bir daha şişirdilsə çox adamın adları hallanacaq.Və bu sənəd kimlərin vəzifədə ola-ola dövlətə xəyanət etdiklərinə sübut olacaq. Biz həqiqətən, bizə yaraşmayan hərəkətlərə yol vermək arzusunda deyilik. Ancaq görünür ki,bəzi adamlar namərd hərəkətlərini yerə qoymurlar. Allah gözünüzü doydursun. Prezidentin çörəyini yeyib ona namərdlik edirsiniz. Allah cəzanızı verəcək!"

Camalovlar onu da bildirirlər ki, barəsində cinayət işi açılmış və hazırda Amerikada yaşayan Rəsul Quliyevin qoçuları, başda ona yaxınlığı ilə seçilən Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu olmaqla onları bağ evlərinə getməyə qoymurlar: “Zaqulba şossesi 1,2,3,9 nömrəli ünvanda olan 8 evdən 4-ündə bizim ailə üzvlərimiz qeydiyyatdadır. Yerdə qalan 4 ev də bələdiyyə sənədləri ilə bizə məxsusdur. Bu Ağasif adlı 33 yaşlı gənc oğlan bizim evimizdə olan və hazırda bizim ailə üzvlərimizə məxsus qaz, su, işıqdan pulsuz, oğurluq edərək istifadə edir. O, saxta sənədlərlə polisi aldadır. Adını da qoyur ki, 2010-cu ildə məhkəmə qərarı var.

2010 cu ildə Rəsul Quliyev məgər Azərbaycanda olub ki, məhkəməsi də olsun. Polis saxta sənədləri Əmlak Komitəsində yoxlatdırmadan necə bizi bağımıza getməyə qoymaya bilər? Bir də Rəsul Quliyev və ailə üzvləri ABŞ vətəndaşlarıdır. Xarici vətəndaşların burada torpaq almaq icazəsi yoxdur. Sual olunur, bəzi vəzifə sahibləri nə üçün Ağasif İbrahimov kimi gənc partiya sədrini müdafiə edirlər? İndi bu cavan oğlan saxta order və çıxarışlarla bağ evlərini maklerlər vasitəsilə satışa çıxarır.

Hörmətli jurnalistlər, xahiş edirəm bu məsələnin qanuni yolla həlli üçün bizə köməklik göstərəsiniz.

Eyni zamanda Ədliyyə naziri Fikrət Məmmədovdan xahiş edirik ki, məhkəmə icraçılarından tələb etsin.

1.Niyə Əmlak Komitəsindən mütəxəssis çağırmırlar?
2. Niyə Rəsul Quliyevin əlində olan saxta order və çıxarışları yoxlamayıblar ?
3. Sabunçu rayon Məhkəmə işçiləri hakim Mehriban Qarayeva ilə 2018 ci ildə gizlicə məhkəmə keçirib və gizlicə qərar qəbul edib. Kimin tapşırığı və göstərişinə görə?

Mən Sizdən ancaq qanuni yolla məsələnin həllini istəyirəm”.

Sonda Camalovlar qeyd edirlər ki, R.Quliyev Ağasif Şakiroğlu kimi, təcrübəsiz şəxslərin vasitəsilə hakimiyyətə qarşı hansısa planlar hazırlayır: “Amma özlərini yormasınlar. 44 günlük Vətən müharibəsində zəfər çalmış Azərbaycanın Ali Baş Komandanına qarşı quliyevlərin hansısa çirkin planı beşiyindəcə boğulacaq". (rupor.az)