Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq

Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.

Prezident bildirib ki, iki ölkə energetika sahəsində uğurlu əməkdaşlıq edir və Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Dövlət gələn ilin əvvəlində növbəti kontraktın imzalanacağını deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda yeni qaz yataqları istismara veriləcək:

“Macarıstanı da ehtiyacı olan qədər qazla təmin edəcəyik. Boru xətti ilə təmin edilən qazın əhatəsinə görə Azərbaycan qabaqcıl yerdə dayanır. Azərbaycan Macarıstanla yaşıl enerji sahəsində də işləyir. Növbəti beş il ərzində Azərbaycan 6 meqavat yaşıl enerji istehsal edəcək”.

AzNews.az