Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib

Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması müzakirə edilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Özbəkistanın investisiya, sənaye və ticarət naziri, həmkarım Laziz Kudratovu Azərbaycanda yenidən qarşılamaqdan məmnun olduq. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin və qarşılıqlı #investisiya-ların təşviqi barədə müzakirələr apardıq", - deyə o qeyd edib.