- Qərb
- 30 İyun 20:27
- 1 163
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq

2025-ci ildə Almaniya Ukraynaya 9 milyard avrodan çox vəsait ayıracaq.
Aznews.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə brifinqdə bildirib.
"2025-ci ildə Almaniya Ukraynaya 9 milyard avrodan çox vəsait ayıracaq, bunun 2 milyard avrosu hava hücumundan müdafiə, raket və sursata xərclənəcək", - nazir qeyd edib.