- İşin içi
- 11:59
- 1 296
IMF Azərbaycanın dövlət borcu ilə bağlı proqnozunu açıqlayıb

Azərbaycanın ümumi dövlət borcu 2025-ci il üzrə ÜDM-in 22.4%-i həcmində olacaq.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF-BVF) hesabatında bildirilib.
IMF hesab edir ki, ölkə üzrə gələn il ümumi dövlət borcu ÜDM-in 23.5%-i, 2030-cu ildə isə 24.9%-i həcmində olacaq.
Fond həmçinin, Azərbaycanın ümumi xarici borcunu 2025-ci il üzrə ÜDM-in 7.6%-i səviyyəsində, gələn il 8.0%-i səviyyəsində, 2030-cu ildə 7.1% həcmində proqnozlaşdırıb.
AzNews.az