- İşin içi
- 17:39
- 850
Sabah Bakının 2 rayonunda qaz olmayacaq
Sabah Bakının 2 rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Aznews.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, Xəzər rayonunda yeni çəkilmiş qaz xəttinin "Zirə-Şimal DRES" magistral qaz kəmərinə birləşdirilməsi, Suraxanı rayonunda qaz xəttinin hündürlüyə qaldırılması işləri ilə əlaqədar noyabrın 13-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Xaşa-Xuna bağları ərazisində, Suraxanı rayonunun Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.