- İşin içi
- 15:02
- 1 909
Azərbaycanda "yaşıl inkişaf"a dair statistik göstəricilər sistemi təkmilləşdiriləcək
Azərbaycanda "yaşıl inkişaf"a dair statistik göstəricilər sistemi təkmilləşdiriləcək.
Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, sistemin icrası 2026-2027-ci illəri əhatə edəcək. İşin əsas icraçısı Dövlət Statistika Komitəsi olacaq.
Bununla bağlı, "yaşıl inkişaf"la bağlı daxil olan sorğuların təhlil edilməsi, bu sahədə beynəlxalq metodoloji tövsiyələrin, qabaqcıl təcrübələrin öyrənilməsi, milli prioritetlər nəzərə alınmaqla statistik göstəricilər sisteminin yeni versiyası hazırlanacaq.