- İşin içi
- 10:39
- 1 623
Qlobal neft tələbatının artım tempi sürətlənəcək - PROQNOZ
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2026-2027-ci illər üçün maye karbohidrogenlərin qlobal gündəlik tələbatı üzrə proqnozunu açıqlayıb.
Aznews.az-ın EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2027-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 106,61 mln. barel səviyyəsində olacaq (öncəki proqnoz – 106,07 mln. barel) ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 1,44 mln. barel çoxdur.
Bununla yanaşı, EIA 2026-cı il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu yeniləyib. Proqnoza əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 104,79 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,38 mln. barel çoxdur.
Qeyd olunur ki, 2025-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 103,94 mln. barel təşkil edib, bu da 2024-cü ilin göstəricisi (102,8 mln. barel) ilə müqayisədə 1,14 mln. barel artım deməkdir.