- İşin içi
- 18:25
- 1 014
Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağları alışına çəkdiyi xərc 10 % artıb
Bu ilin yanvar-fevral ayında Gürcüstan Azərbaycandan 19,8 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 10 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağı tədarük edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 2 ayı ərzində Gürcüstan xarici ölkələrdən 302 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 28 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 134 milyon ABŞ dolları, Rumıniyadan 36,3 milyon ABŞ dolları, Türkiyədən 28 milyon ABŞ dolları, Kiprdən 17,6 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.