- İşin içi
- 10:21
- 1 009
Azərbaycan meyvə və giləmeyvə istehsalını 55 %-dən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda heyvandarlıq məhsulları istehsalının ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 %, bitkiçilik məhsulları istehsalının ümumi dəyəri isə 1,1 % çox olub.
Aznews.az xəbər verir ki, Məlumata görə, iyunun 1-nə qədər tarlalardan 443,6 min ton tərəvəz (1 il əvvələ nisbətən 1,5 % çox), 168,9 min ton kartof (0,1 % çox), 54 min ton meyvə və giləmeyvə (55,4 % çox), 30,6 min ton dənli və dənli paxlalı bitkilər (69,1 % az), 556 ton yaşıl çay yarpağı (11,5 % çox) yığılıb.
Bundan başqa, 5 ay ərzində ölkədə diri çəkidə 244,4 min ton ət, 915,3 min ton süd, 988,7 milyon ədəd yumurta, 10,7 min ton yun istehsal olunub. İllik müqayisədə ət istehsalı 4,7 % artıb, süd istehsalı 0,1 %, yumurta istehsalı 2,2 %, yun istehsalı isə 5,2 % azalıb.