Əmanətçilərə 5,6 milyon manatdan çox kompensasiya ödənildi

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.


Əmanətlərin Sığortalanması Fondundan AzNews.az-a verilən xəbərə görə, seçilmiş agent banklar tərəfindən 3 gün ərzində sənədləri qaydasında olan 260-dan çox əmanətçiyə 5,6 milyondan artıq kompensasiya ödənilib.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq "Muğanbank" ASC və "Rabitə Bank" ASC seçilib.

Agent banklardan məlumat almaq üçün qaynar xətt: "933" nömrəli qaynar xətt

Əlavə məlumat: "133" nömrəli qaynar xətt