Xəbər verdiyimiz kimi, ölkə prezidentinin fevralın 3-də verdiyi Fərmanla Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılıb. Fərmana görə, yaxın bir ayda Palatanın nizamnaməsi təsdiq ediləcək və Palata Novruz bayramına qədər fəaliyyətə başlayacaq. Fərmanda nəzərdə tutulduğu kimi Palata Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında yaradılacaq. Əlavə olaraq 2 Xidmət - Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti yeni quruma qoşulacaq. Xəbər verdiyimiz kimi, ölkə prezidentinin fevralın 3-də verdiyi Fərmanla Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılıb. Fərmana görə, yaxın bir ayda Palatanın nizamnaməsi təsdiq ediləcək və Palata Novruz bayramına qədər fəaliyyətə başlayacaq. Fərmanda nəzərdə tutulduğu kimi Palata Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında yaradılacaq. Əlavə olaraq 2 Xidmət - Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti yeni quruma qoşulacaq.

Samir Şərifovla Elman Rüstəmov arasında “soyuq müharibə” – Gücləri azalacaq

Xəbər verdiyimiz kimi, ölkə prezidentinin fevralın 3-də verdiyi Fərmanla Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılıb. Fərmana görə, yaxın bir ayda Palatanın nizamnaməsi təsdiq ediləcək və Palata Novruz bayramına qədər fəaliyyətə başlayacaq. Fərmanda nəzərdə tutulduğu kimi Palata Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında yaradılacaq. Əlavə olaraq 2 Xidmət - Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti yeni quruma qoşulacaq.


AzNews.az xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev Palatanın vəzifələri barədə məlumat yayıb. O, Palatanın vəzifələrinin əsasən 3 istiqamətdə qurulacağını bildirib: lisenziyalaşdırma, tənzimləmə və nəzarət. İqtisadçının sözlərinə görə, Palata bununla da ölkənin baş tənzimləyicisi səlahiyyətinə malik olacaq: "Kifayət qədər məsuliyyətli bir dəyişiklikdir. Bu dəyişikliyin məğzi bu gün çox aktual olan riskin həllinə - ölkənin maliyyə sektorunda dayanıqlılığın təmin edilməsinə yönəldilib. Maliyyə nazirliyi ilə Mərkəzi Bank arasında son vaxtlar yaranmış "soyuq müharibə", onlardan zəif olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin isə offsaydda qalması maliyyə bazarının dayanıqlığına təhlükə yaradırdı. Bu baxımdan maliyyə nəzarəti institutunun yaradılması təşəbbüsünə təkcə uğurlu beynəlxalq təcrübənin tətbiqi kimi yox, həm də son aylar söz sahibinə çevrilmiş maliyyə kapitanlarının gücünü bir qədər azaltmaqla onları yerində otuzdurmaq kimi də qiymətləndirmək olar. Hər bir halda bu addımı post-neft dövründə atılmış ən əhəmiyyətli addım adlandrmaq olar. Qarşılıqlı nəzarət baxımından da siyasəti müəyyənləşdirən qurumlarla tənzimləməni həyata keçirən qurumların ayrılması dünyada uğurla sınaqdan çıxmış təcrübədir".

S.Əliyev bildirib ki, dünyanın əksər ölkələrində maliyyə bazarlarını tənzimləyən müxtəlif institutlar fəaliyyət göstərir: "Bu institutlar Mərkəzi Bank – Maliyyə Nazirliyi – ixtisaslaşmış qurum üçbucağı çərçivəsində fəaliyyət göstərir. Bu qurumlar ya paralel nəzarət funksiyasını icra edir, ya da ayrıca ixtisaslaşmış qurum bu səlahiyyətləri icra edir".

Bəs Palatanın işə başlaması maliyyə bazarındakı problemləri həll edə biləcəkmi?

İqtisadçı hələki bu barədə fikir söyləməyin tez olduğunu vurğulayıb: "Çünki Palatanın səlahiyyətlər sferasından çox şey asılıdır. Yəni Palatanın funksiyaları daha çox texniki olacaq, yoxsa müəyyən normaları yaratmaq səlahiyyəti də olacaq? Bu qurum maliyyə institutlarını faktiki olaraq narazı salacaq və onları özündən asılı edəcək işləri icra edəcək. Palatanın Mərkəzi Bankla münasibətlərinin normal qurulması çox vacibdir. Bankların taleyi, normal fəaliyyət göstərməsi, güclənməsi bu iki qurumun münasibətlərindən çox asılı olacaq. Onlar arasında gərginlik bankların zərərinə işləyə bilər. Oxşar vəziyyət sığorta şirkətlərinə münasibətdə Maliyyə Nazirliyi ilə də yarana bilər.

Bundan sonra istər sığorta, istərsə də bank bazarında baş verə biləcək gərginliyin məsuliyyəti ilk növbədə, Palatanın üzərinə düşəcək. Elə buna görə də Mərkəzi Bank və Maliyyə Naziriyi ilə müqayisədə Palata sığorta şirkətlərinə və banklara, habelə investisiya fondlarına münasibətdə daha sərt olacaq və deməli, lisenziyanı ləğv etmək halları da çoxalacaq".