“Cənub” qaz dəhlizi layihəsinin Avropa hissəsini təşkil edən “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) inşasına mayın sonlarında başlanılacaq. “Cənub” qaz dəhlizi layihəsinin Avropa hissəsini təşkil edən “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) inşasına mayın sonlarında başlanılacaq.

TAP-ın inşasına may ayında başlanılacaq

“Cənub” qaz dəhlizi layihəsinin Avropa hissəsini təşkil edən “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) inşasına mayın sonlarında başlanılacaq.


Bu barədə TAP-ın icraçı direktoru Yan Bradşou məlumat verib. O bildirib ki, kəmərin təməlinin qoyulması mərasimi Yunanıstanın Soloniki şəhərində keçiriləcək.

Qeyd edək ki, uzunluğu təxminən 878 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).


Azərtac