Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı vəkil Əkrəm Həsənovun yaratdığı Antikollektor Mərkəzinin ofisinə gedib. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı vəkil Əkrəm Həsənovun yaratdığı Antikollektor Mərkəzinin ofisinə gedib.

Rüfət Aslanlı parlamentdə hədələdiyi şirkətin ofisinə - Müştəri kimi getdi

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı vəkil Əkrəm Həsənovun yaratdığı Antikollektor Mərkəzinin ofisinə gedib.


AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Ə.Həsənov məlumat verib.

O bildirib ki, R.Aslanlı özünü Mərkəzin əməkdaşına borclu vətəndaş kimi təqdim edərək hüquqi yardımın şərtləri barədə maraqlanıb: "Əməkdaşımız ona izah edib ki, bunun üçün sənədlərini təqdim etməlidir. Qiymət siyasətimiz haqda da soruşub və ona bildirilib ki, bunun üçün iş təhlil edilməlidir, amma ən azı ilkin məsləhət hər bir halda pulsuzdur. Ümid edirəm ki, bundan sonra Rüfət müəllim Antikollektor haqda fikrini dəyişib. Bununla belə, Milli Məclisdə səsləndirilən fikirlərə münasibət bildirmək istərdim. Təbii, həmin fikirlər tamamilə yanlışdır. Antikollektorun rəhbəri mənəm və mən həmişə demişəm ki, istənilən borc qaytarılmalıdır. Lakin iki şərtlə: birincisi, qanun çərçivəsində, ikincisi, imkan daxilində".