“Mərkəzi Bank yenidən hərraca qayıtdı, bu dəfə isə alıcı qismində”. “Mərkəzi Bank yenidən hərraca qayıtdı, bu dəfə isə alıcı qismində”.

Mərkəzi Bank niyə dollar alır? - Hərrac sirri

“Mərkəzi Bank yenidən hərraca qayıtdı, bu dəfə isə alıcı qismində”.



AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov dünən keçirilən hərraca münasibət bildirərkən deyib. O, aprelin 4-dən sonra Mərkəzi Bankın 2 dəfə dollar alışı həyata keçirdiyini xatırladıb: "Mərkəzi Bank hərraca daxil olmaqla manatın məzənnəsinin möhkəmlənməsinin də qarşısını almış oldu. Bu, əslində ondan xəbər verir ki, Mərkəzi Bank məzənnəyə istənilən zaman təsir etmək imkanını özündə saxlayır. Deməli, manatın məzənnəsinin müəyyənləşdirilməsində indi Mərkəzi Bank bazardan daha çox rıçaqlara malikdir. Belə görünür ki, manatın məzənnəsi imkan daxilində müəyyənləşdirilmiş koridorda saxlamağa çalışılır. Təbii ki, bu, eyni zamanda birbaşa manat bazasının hansı səviyyədə böyüməsindən asılı olacaq. Hələlik Mərkəzi Bankın bir neçə 10 milyonluq alqı-satqıları bazara ciddi iqtisadi təsir göstərmir. Daha çox psixoloji təsirlər hiss edilir".

Ekspert hesab edir ki, Mərkəzi Bank alıcı statsunu bir müddət saxlasa bu, manat bazasının artmasına və dollara tələbin yüksəlməsinə səbəb ola bilər: "Təbii ki, burada idxal-ixrac əməliyyatları, real sektora yatırımlar, bankların kreditləşmə səviyyəsi kimi faktorlar da ciddi təsirə malikdir. Hələliksə, Mərkəzi Bank öz resepti üzrə manat bazasını məhdudlaşdırmaq və sadəcə zəruri hallarda bazara daxil olub kursa təsir etmək və öz ehtiyatlarını artırmağa çalışacaq. Sözügedən bank hərracda alıcı kimi fəal olacağı halda isə dolların manata nisbətən mərhələli möhkəmlənməsi müşahidə ediləcək".

Bahar RÜSTƏMLİ
AzNews.az