Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurası tərəfindən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib. Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurası tərəfindən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.

“Böyük şirkətlər iflasın eşiyindədir” - İqtisadçı

Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurası tərəfindən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Palatının 21 iyul 2016-cı il tarixli qərarı həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib.

İqtisadçı-ekspert Rəşad Həsənov AzNews.az-a sözügedən qərarı şərh edərkən bildirib ki, bank sektorunda yaşananlar Azərbaycanda bir çox bankların fəaliyyətinin dayanmasına səbəb ola bilər: "Bu proses böyük ehtimalla davam edəcək. Bank sektoru ilə bağlı hər hansı addımlar atılmasa, xüsusilə də problemli kreditlərin həllində yenilik olmasa bankların etimadı günü-gündən bir az da azalacaq, problemli kreditlərin həcmi artacaq. Digər təfərdən isə banklar kredit verilməsini genişləndirə bilmirlər. Banklara kredit qoyulaşlarının həcmi günü-gündən azalmaqdadır".

R.Həsənovun sözlərinə görə, bankların gəlirlərinin 75 faizi məhz kredit faizlərinin hesabına formalaşır: "Bir çox bank 2015-ci il yanvar ayından etibarən öz hesabatlarını açıqlamırlar. Bu baxımdan da zərərlə işləyən banklar siyahısını çıxarmaq mümkün deyil. Mərkəzi Bankın da açıqladığı hesabatlarda bu məlumatlar olmadığı üçün müəyyənləşdirmək qeyri-mümkündur. Ümumiyyətlə, zərərlə işləyən bankların sayı sürətlə artır".

Ekspert hesab edir ki, bunun əsas səbəblərindən biri bank sektoruna olan inamın azalmasıdır: "Vətəndaşların əmanətlərini geri çəkmək istəyi artır. Bu baxımdan da düşünürəm ki, proses hələ davam edəcək. Son olanlar sübut edir ki, böyük bankların özündə belə problemlər var. İstər "Beynəlxalq Bank"da yaşananlar, digər tərəfdən isə "Standart Bank"ın son vəziyyəti onu deməyə əsas verir ki, əslində ölkənin böyük banklarının çox ciddi problemləri var. Və ümumiyyətlə qeyd olunurdu ki, Azərbaycan banklarının problemlərindən biri sertifikat verilib şaxələndirilmiş olmamasıdır. Bəzi şirkətlər iflasın yaxınlığındadır. Bu baxımdan da növbəti dövrlərdə real sektorda baş verənlərin və eyni zamanda bank sektorunda yaşananların ümumi nəticəsi olaraq böyük bankların adı bu siyahıya düşə bilər. Onların da bağlanmasına gətirib çıxara bilər. Bağlanma ehtimalı, yaxud da bağlanma vəziyyətinə gəlmiş banklar çoxdur. Amma Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank bu istiqamətdə müəyyən qədər soyuqqanlı davranır".

Bahar RÜSTƏMLİ
AzNews.az