Neft bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb.


AzNews.az-ın məlumatına görə, bu gün ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,42% bahalaşaraq bir barelə görə 44,91 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23% artaraq 43,23 dollar təşkil edib.

Qeyd edək ki, "qara qızıl"ın qiyməti iyul ayı başlayandan bu yana 44-52 dollar arasında satılıb.