Məmurlar gəlirlərini açıqlayacaq

Azərbaycanda məmurların gəlir bəyannamələrinin təqdim edilməsi ilə bağlı layihə hazırlanıb.



Layihə Nazirlər Kaibnetinə təqdim edilib. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov 2012-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransda deyib. Onun sözlərinə görə, Azərbaycanda dövlət məmurlarının gəlir bəyannamələri vermələri ilə bağlı məsələlər müzakirədədir və kifayət qədər təkmil mexanizm hazırlanacaq.

Lakin bu mexanizmin tam işə düşməsində ləngimə var. "Bunun üçün bəyannamə forması qəbul olunmalıdır. Lakin hələlik bu forma qəbul olunmayıb. İşin ləngliyi forma ilə bağlı məqamlarla bağlıdır. Həmin məqamlar hansı məlumatların ora salınıb-salınmamasına aiddir".

AzNews.az