- Köhnə - İqtisadiyyat
- 26 Yanvar 2017 13:20
- 14 151
Azərbaycanda fantastik qiymətə alça - 380 manat

Azərbaycanda online satışla məşğul olan şirkətlərdən biri alçanı fantastik qiymətə satışa çıxarıb.
BAKU.WS-in məlumatına görə, fərqli ölkələrdən ekzotik meyvələr tədarük edən şirkət alçanın dənəsini 5 dollara (9.5 AZN) müştərilərə təklif edir.
Xarici ölkədən gətirilən bu meyvənin 1 kilosu təxminən 200 dollar (380 AZN) civarındadır. Bu cür meyvələrə adətən varlı ailələr müraciət edir.
AzNews.az