Neft ucuzlaşdı

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar və ya 0,44% azalaraq 56,11 dollar olub.

AzNews.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar və ya 0,56% azalaraq 53,53 dollar təşkil edib.