- Köhnə - İqtisadiyyat
- 8 Aprel 2017 17:00
- 3 348
Rövnəq Abdullayev İranın neft naziri ilə görüşdü
Bu gün İrana səfər edən SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin neft naziri Bijan Namdar Zənganə ilə görüş keçirib.
SOCAR-dan AzNews.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğu bildirilib.
Tərəflər İranda həyata keçirilən neft-qaz layihələrində SOCAR-ın iştirakı, qaz ticarəti sahəsində əməkdaşlıq, üçüncü ölkələrdə birgə layihələrin mümkünlüyü məsələlərini nəzərdən keçirib, ətraflı fikri mübadiləsi aparılıb. Yekunda müzakirə olunan mövzular üzrə araşdırma və təmasların işçi qaydada davam etdirilməsi qərara alınıb.