2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8 faiz bahalaşıb. 2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8 faiz bahalaşıb.

Azərbaycanda hansı məhsullar bahalaşıb? - Statistika

2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, 2017-ci ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,2 faiz bahalaşıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz ucuzlaşıb.

Ay ərzində bitkiçilik məhsullarından arpanın, buğdanın, almanın, fındığın istehsalçı qiymətində ucuzlaşma, şabalıdın, qozun, narın, lobya dəninin, balqabağın və baş sarımsağın qiymətində bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mart ayında heyvandarlıq məhsullarından südün, mal, qoyun və quş ətinin istehsalçı qiyməti bahalaşıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.