- Köhnə - İqtisadiyyat
- 27 May 2017 10:58
- 3 195
“Azexport.az”a fındıq ləpəsi ilə bağlı 1 milyon dollardan çox sifariş olub- 4 ayda
Azərbaycanın qeyri-neft ixracında mühüm paya sahib olan fındıq ləpəsinə dünya bazarında tələbat böyükdür. Bu ilin 4 ayı ərzində ABŞ başda olmaqla, Çin, Rusiya, Bolqarıstan kimi ölkələrdən ixrac sifarişləri daxil olub.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın ikinci sayında yer alıb.
"Azexport.az" portalına 4 ayı ərzində fındıq ləpəsi ilə bağlı daxil olan ixrac sifarişlərinin həcmi isə 1 milyon ABŞ dollarından çox olub.