Avropa Birliyinin (AB) Brüsseldə keçirilən zirvə toplantısında AB-nin yaxın 7 il üçün büdcə siyasəti razılaşdırılıb. Avropa Birliyinin (AB) Brüsseldə keçirilən zirvə toplantısında AB-nin yaxın 7 il üçün büdcə siyasəti razılaşdırılıb.

Avropa Birliyinin büdcəsi azalıb

Avropa Birliyinin (AB) Brüsseldə keçirilən zirvə toplantısında AB-nin yaxın 7 il üçün büdcə siyasəti razılaşdırılıb.



APA-nın xəbərinə görə, 2014-2020-ci illəri əhatə edən büdcə layihəsi 960 mlrd. avro həcmində xərcləri nəzərdə tutur ki, bu da Avropa Komissiyasının təklif etdiyindən 12 mlrd. avro azdır.

Qeyd edək ki, AB-nin büdcəsi son 56 ildə ilk dəfədir azaldılıb. Büdcənin gəlirləri 908 mlrd. avro həcmində proqnozlaşdırılıb ki, bu da 52 mlrd. avro kəsir deməkdir.

AzNews.az