“FED-in uçot stavkasının sıfırlasa qızılın bahalaşması qaçılmaz olacaq". “FED-in uçot stavkasının sıfırlasa qızılın bahalaşması qaçılmaz olacaq".

Qızıl yenidən bahalaşacaq

“FED-in uçot stavkasının sıfırlasa qızılın bahalaşması qaçılmaz olacaq".

AzNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspertin fikrincə Tramp Administrasiyası ABŞ-ın ixrac imkanlarının genişləndirilməsi üçün ucuz dollarda maraqlıdır:

“Ağ Ev “xarici ticarət savaşında” ucuz dollar ilə ixrac həcmini artırmaq və Birləşmiş Ştatlara idxalın həcmini azaltmağı hədəfləyir. Bir tərəfdən ucuz dollar strateji məhsul olan qızılın qiymətini yüksəldə, digər tərəfdən isə qlobal valyuta bazarındakı qeyri-müəyyənlik bu qiymətli metala marağı artıra bilər. Son 6 ayda dünya bazarında qızılın qiyməti 10.6 faiz artaraq bir unsiyası 1326 dollara çatıb. Bu qızılın hər qramının qiymətinin dünya bazarında artıq 43 dollara yaxınlaşması deməkdir. Amma digər tərəfdən, məhz həmin müddətdə dollar avro nisbətən təxminən eyni səviyyədə ucuzlaşıb. Bu isə o deməkdir ki, qızılın avro ifadəsində qiyməti son 6 ayda nəinki artıb, əksinə 1.3 faiz aşağı düşüb. Deməli, qızılın dirçəlməsi daha çox dolların ucuzlaşması ilə bağlıdır. Belə olan halda isə, uçot stavkasının sıfırlanması qızılın dollar ifadəsində qiymətini artıra bilər. Bu halda avronun məzənnəsi birbaşa Avropa Mərkəzi Bankının reaksiyasından, o cümlədən gələn ay keçirilən yığıncağında qəbul edilən qərarlardan asılı olacaq”.

Ekspertin fikrincə, uçot stavkasının sıfırlanmasının manata birbaşa təsir edəcəyi gözlənilmir: “Belə görsənir ki, Azərbaycan Mərkəzi Bankı manatın kəskin bahalaşmasında maraqlı deyil. Əks halda hərraca çıxarılb və satılmayan dollarlar manatı bahalaşdırardı. Mərkəzi Bank indiki halda manatın mövcud məzənnədən çox dəyər qazanmasında imkan vermir və bu siyasətin davam edəcəyi də gözləniləndir. FED-in uçot stavkasının sıfırlanması baş versə də belə də yenə də idxal məqsədi ilə digər inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanda da dollara tələb qalacaq”.

Bahar RÜSTƏMLİ

AzNews.az