Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Gürcüstan Mərkəzi Bankı bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 7,25%-ə çatdırıb.

AzNews.az "Report"-a istinadən xəbər verir ki, buna səbəb kimi bank ölkədə inflyasiyanın sürətlənməyə başlaması amilini göstərib.

Qeyd edək ki, noyabr ayında Gürcüstanda aylıq inflyasiya 1,1% təşkil edib. Oktyabrda isə inflyasiya 0,8% olub. Nəticədə, illik müqayisədə noybarda inflyasiya 6,9%-ə çatıb. Oktyabrda bu göstərici 6,4%, ötən ilin noyabrında isə 0,2%-ə bərabər olub. Qərardan sonra Gürcüstanda dolların məzənnəsi 1,6% azalaraq 2,62 lariyə geriləyib. Ötən həftə isə dolların məzənnəsi 2,71 lari olub.

Xatırladaq ki, Gürcüstan Mərkəzi Bankının növbəti iclası 2018-ci il yanvarın 31-nə planlaşdırılıb.