- Köhnə - İqtisadiyyat
- 5 Yanvar 2018 18:26
- 2 489
Ötən ilin 11 ayında banklar kreditləşməni 4 mlrd. manatadək azaldıb

Ötən ilin noyabrında ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən, ötən ilin noyabr ayının 30-na bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 780,2 mln. manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 72,7 mln. manat və ya 0,62% artım deməkdir.
Ümumiyyətlə, ötən ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 4 mlrd. 158,1 mln. manat və ya 26,09% azalıb.