- Köhnə - İqtisadiyyat
- 18 Fevral 2018 16:46
- 2 852
Azərbaycanlı milyarderin şirkəti İranda neft hasil edəcək
Martda “Lukoyl” şirkəti ilə İranın Milli Neft Şirkəti arasında müqavilə imzalanacaq.
AzNews.az xəbər verir ki, bu barədə “Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov bildirib. Milyarder qeyd edib ki, “Lukoyl” İranın Xuzistan vilayətində “Mənsuri” neft yatağına maraq göstərir.
İranın Milli Neft Şirkətinin direktoru Əli Kərdri vurğulayıb ki, yatağın birgə istismar edilməsi tərəflər üçün faydalı olacaq.