İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsində işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsində işgüzar forum keçirib.

Bakıda corab istehsal olunacaq

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsində işgüzar forum keçirib.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, işgüzar forumda Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, istixana və zeytunçuluq təsərrüfatlarının, ət kəsimi, zeytun və badam emalı müəssisələrinin yaradılması, badam bağlarının salınması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-in icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafı, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, ümumilikdə indiyədək Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 597 mln. manat güzəştli kredit verilib.

İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 5,4 mln. manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, müasir istixana komplekslərinin yaradılması, corab istehsalı, süd emalı, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 200 yeni iş yerinin açılmasına imkan yaradacaq.

Forum çərçivəsində Xəzər rayonunun Mərdəkan qəsəbəsində güzəştli kredit ayrılmış corab istehsalı müəssisəsinə də baxış keçirilib. İldə 1,9 mln. cüt corab istehsal etmək gücündə olan bu müəssisədə hazırda tikinti-quraşdırma işləri aparılır və bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Müəssisədə 40 nəfər işlə təmin ediləcək.

Ümumilikdə, indiyədək ümumi dəyəri 1,3 mlrd. manat olan 160-dan çox müasir sənayeyönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 512 mln. manat güzəştli kredit verilib.