Bir müddət əvvəl Rusiya rublunun ucuzlaşması Azərbaycanın milli valyutasına birbaşa təsir göstərməyəcək. Bir müddət əvvəl Rusiya rublunun ucuzlaşması Azərbaycanın milli valyutasına birbaşa təsir göstərməyəcək.

Rublun ucuzlaşması manata təsir edəcəkmi?

Bir müddət əvvəl Rusiya rublunun ucuzlaşması Azərbaycanın milli valyutasına birbaşa təsir göstərməyəcək.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Saxo Bank”ın valyuta strategiyası şöbəsinin rəhbəri Con Hardi deyib.

Onun sözlərinə görə, rublun ucuzlaşması Azərbaycan kimi ölkələrin iqtisadiyyatına təsir göstərə bilməsi üçün kifayət qədər zəifdir. Ekspert bunu onunla izah edib ki, neft qiymətləri yüksək səviyyədə qalır.

C.Hardi əlavə edib ki, bu ucuzlaşmadan sonra və geosiyasi qarşıdurma risklərini nəzərə alaraq beynəlxalq investorlar yavaş-yavaş Rusiyadakı aktivlərdən qurtulmağa çalışacaq:

“Amma gələcəkdə əlavə sanksiyalar olmasa və ya neft qiymətinin kəskin ucuzlaşması baş verməsə, rubl çətin ki, indiki göstəricilərdən aşağı düşsün. Məzənnə bir dollar üçün 60-64 rubl ətrafında hərəkət edəcək. Bu amil çətin ki, Azərbaycan manatına təsir etsin”.