BBC-nin yaydığı xəbərə görə Kipr prezidenti ictimaiyyətin qəzəbi qarşısında maliyyə yardımı razılaşmasını müdafə etdi BBC-nin yaydığı xəbərə görə Kipr prezidenti ictimaiyyətin qəzəbi qarşısında maliyyə yardımı razılaşmasını müdafə etdi

Maliyyə yardımı ictimaiyyəti qəzəbləndirdi

BBC-nin yaydığı xəbərə görə Kipr prezidenti ictimaiyyətin qəzəbi qarşısında maliyyə yardımı razılaşmasını müdafə etdi




President Nicos Anastasiadesin sözlərinə görə ictimaiyyətin qəzəbinə səbəb olan böyük maliyyə yardımı iqtisadi iflası aradan qaldırmaq üçün lazımdır. "Avropa Birliyi tərəfindən 10 milyard avro maliyə yardımı acı verici olsa da böhranıi kontrol etmək baxımından əlverişlidir",- deyə Cənab Nicos Anastasiades bildirib.

Bu gün Kipr parlamentinin maliyyə yardımını müzakirə etmək üçün toplanacağı gözlənilir. Assambleyanın 56 yerdən 20-ə sahib olan Kipr prezidenti Nicos Anastasiadesin Demokratik Toplaşma Partiyasının maliyyə yardımını təsdiq etmək üçün digər fraksiyaların dəstəyinə ehtiyacı var.

Xatırladaq ki, Avropa Birliyi Beynalxalq Valyuta fondu ilə keçən cümə günü uzun sürən danışıqlardan sonra, Kipri iqtisadi böhrandan qurtarmaq məqsədi ilə ölkəyə 10 milyard maliyə yardımı göstərməyə razılıq vermişdi.

AzNews.az