Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti son bir neçə gün ərzində müxtəlif istiqamətlərdə dəyişib. Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti son bir neçə gün ərzində müxtəlif istiqamətlərdə dəyişib.

Bitkoinin qiyməti kəskin ucuzlaşacaq? - Proqnoz

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti son bir neçə gün ərzində müxtəlif istiqamətlərdə dəyişib.

Trend-in məlumatına görə, bitkoin 7,6 min dollara alınıb satılır. Mütəxəssislər yaxın zamanlarda kriptovalyutanın qiymətinin kəskin düşə biləcəyini deyir.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,08% ucuzlaşaraq 7,615 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində artım qeydə alınıb. Belə ki, "Ethereum" 0,83% və ya 608,97 dollaradək, "Ripple" 2,95% (0,672 dollara qədər) , "Bitcoin Cash" 3,74% (1,15 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 345,16 milyard dollar təşkil edir və bunun 38 faizi bitkoinin payına düşür.

AzNews.az