Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu artırılır. Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu artırılır.

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə rüsum artırılır

Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu artırılır.

“APA-Economics” xəbər verir ki, bu, “Dövlət Rüsumu haqqında” qanuna dəyişiklik layihəsində öz əksində tapıb.

Layihəyə əsasən, avto-nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 25 manatadək artırılır.

Qeyd edək ki, qüvvədə olan qanuna görə avto-nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdır.

AzNews.az