Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilib. Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilib.

“Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilib”

Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilib.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "Nəqliyyat və əlaqə" mövzusunda paneldə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib ki, bu gün Azərbaycanın nəqliyyat sektorunun inkişafının əsasını infrastrukturun inkişafı, keyfiyyətin yüksəldilməsi və xidmətin əlçatan olması təşkil edir:

"Bu gün Azərbaycanda nəqliyyat sektorunun inkişafını müşahidə edirik. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkə Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri beynəlxalq nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da region üçün nəqliyyat və logistika sahəsində yeni imkanlar yaradır".

E.Vəlizadə qeyd edib ki, Azərbaycanda aviasiya sektorunun modernləşdirilməsi də davam etdirilir:

Bu gün Azərbaycanda 6 beynəlxalq hava limanı fəaliyyət göstərir. Yeni təyyarələrin alışı və uçuş coğrafiyasının genişləndirilməsi planlaşdırılır".

AzNews.az