- Köhnə - İqtisadiyyat
- 10 İyul 2018 13:52
- 2 955
Azərbaycan nefti bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,14 dollar və yaxud 1,46% artıb.
AzNews.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 79,44 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.